/ / Fransada Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir
Fransada Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir
27.12.2018 [09:42]
Yaxud Fransa dövləti, bu ölkənin aidiyyəti orqanları bu şəxsin terror və zorakılıq çağırışlarına diqqət yetirməli, müvafiq tədbirlər görməlidirlər
Azərbaycan dinamik iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizdə bütün sahələrin paralel inkişafı təmin edilib. Ötən müddət ərzində əldə edilən möhtəşəm nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Bununla yanaşı, ölkəmiz müsbət beynəlxalq imicə malikdir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Bütün bunların fonunda Azərbaycanın inkişafından narahatlıq keçirən anti-Azərbaycan dairələrin əlaltıları isə ölkəmizdə sabitliyin pozulması üçün əllərindən gələni edir, xalqın və dövlətin əleyhinə çağırışlar səsləndirirlər. Belə antimilli ünsürlərdən biri də Vidadi İsgəndərli adlı şəxsdir. Bu şəxs konkret olaraq qanunazidd və cinayətkar fəaliyyət göstərir, xalqın iradəsinə zidd hərəkətlərə yol verir. Ona görə də şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir. Ümumiyyətlə, insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək suveren xalqın iradəsinə, demokratiya normalarına, eləcə də beynəlxalq qanunvericiliyə ziddir. Bu səbəbdən Fransa mütləq şəkildə bunu nəzərə alaraq adekvat tədbirlər görməlidir.
Qeyd etmək lazımdır ki, Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət göstərməyib, buna görə də o, “siyasi mühacir” sayıla bilməz. Faktiki olaraq bu şəxs vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuculuq fəaliyyəti göstərib, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəciyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan edib. Məhz bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayətdir. Bu, eyni zamanda, Azərbaycan xalqına və dövlətinə qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir.
Bütün bunlar, eləcə də Vidadi İsgəndərlinin qanunazidd, antimilli əməlləri Azərbaycan cəmiyyəti tərəfindən kəskin qınaq və ikrah hissi ilə qarşılanır. Azərbaycan ictimaiyyətinin etirazına səbəb olan hallardan biri də Fransanın bu antimilli şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaratmasıdır. Ümumiyyətlə, belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cür şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Fransa dövləti, bu ölkənin aidiyyəti orqanları Vidadi İsgəndərlinin terror və zorakılıq çağırışlarına diqqət yetirməli, müvafiq tədbirlər görməlidirlər.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

