/ / Nikas Safronov: İlham Əliyev Azərbaycanın dünyanın ən yaxşı ölkələri sırasında olması üçün hər şeyi edib
Nikas Safronov: İlham Əliyev Azərbaycanın dünyanın ən yaxşı ölkələri sırasında olması üçün hər şeyi edib
25.12.2018 [10:09]
“İlham Əliyev Azərbaycanın dünyanın ən yaxşı ölkələri sırasında olması üçün hər şeyi edən böyük siyasət və dövlət xadimidir. O, əsl liderdir”. Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində görkəmli rus fırça ustası, Rusiyanın Əməkdar rəssamı, Rusiya İncəsənət Akademiyasının akademiki Nikas Safronov söyləyib.
Rəssam qeyd edib ki, Azərbaycan Prezidenti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasətini layiqincə davam etdirir. “İlham Əliyev Heydər Əliyevin layiqli davamçısıdır. İlham Heydər oğlunun çox gözəl, peşəkar komandası var. Dünyadakı çətinliklərə baxmayaraq, ölkədə layiqli həyat davam edir. Onun rəhbərliyi dövründə Azərbaycan müasir, gözəl, turistlər və biznesmenlər üçün heyrətamiz dərəcədə cəlbedici ölkəyə çevrilib. Bakı hər hansı şəhərlə - Venesiya, London, Parislə rəqabət apara biləcək ən yaxşı şəhərlərdən biridir. Burada təmizlik, mükəmməl infrastruktur, çox gözəl işıqlandırma diqqəti cəlb edir...”, - deyə Safronov qeyd edib.
N.Safronov Azərbaycan Prezidentinin mədəniyyət xadimlərini hər zaman dəstəklədiyini vurğulayıb: “Bu, çox əhəmiyyətlidir. Mədəniyyət hər bir dövlətin varlığı üçün vazkeçilməz amildir. Azərbaycanda mədəniyyət, incəsənət, musiqi sahələri inkişaf edir, muzeylər açılır. Yazda Heydər Əliyev Mərkəzində mənim sərgim açılacaq. Mən bakılılara əksəriyyəti Azərbaycanla, sizin ölkənin xadimləri ilə bağlı olan bir çox yeni əsərləri, həmçinin Heydər Əliyevin portretlərinə eskizləri təqdim edəcəyəm. Hazırda Naxçıvan və Bakı haqqında yeni tablolar üzərində işləyirəm. Öz işlərimi Azərbaycanda təqdim etmək mənim üçün böyük şərəfdir”.
Rəssam əlavə edib: “Mənim Bakıda ilk sərgim 1998-ci ildə keçirilib. Onun açılışını Heydər Əliyev edib. Biz Onunla mədəniyyət və həyat barədə uzun-uzadı söhbət etdik. O, dövlətçilik təfəkkürünə malik insan idi. Heydər Əliyev mənə ölkəni göstərdi. Mən Ona dedim ki, yəqin ki, bundan əvvəlki həyatımda mən azərbaycanlı olmuşam və özümü azərbaycanlı kimi hiss edirəm. Heydər Əliyev dedi: “Mənim və ailəmin timsalında Azərbaycanda sənin dostların var”. Mən həmişə bu səviyyəni gözləməyə çalışıram. Uşaqlarım da Azərbaycanda olublar. Birisi Böyük Britaniyadan, digəri isə Avstraliyadan gəlmişdi. Mən onları Azərbaycana apardım. Onlar bu gözəl xalq və ölkəyə heyran oldular. Mən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bütün təşəbbüsləri dəstəkləyirəm. Polad Bülbüloğlu ilə dostluğumu əziz tuturam”.
N.Safronov daha sonra söyləyib: “İlham Əliyevin çox gözəl ailəsi var. Biz Leyla Əliyeva ilə çoxdandır dostluq edirik. O, ölkələrimizi birləşdirən, münasibətlərimizi inkişaf etdirən, onları daha mükəmməl və layiqli edən Rusiyadakı mədəniyyət elçisidir”.
Rusiyalı rəssam Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişafının vacibliyini vurğulayıb: “Azərbaycanın Rusiya ilə sıx əlaqələr saxlaması çox vacibdir. Azərbaycan məktəblərində rus dili tədris olunur. Azərbaycanlıların bir çoxu rusca səlis, bəzən rusların özlərindən də yaxşı danışırlar”.
“Mən İlham Heydər oğlunun - çox hörmət etdiyim və sevdiyim insanın ad gününü təbrik edirəm. Ona uzun ömür, firavanlıq və uğurlar arzulayıram. Mənim qəlbim və evim hər zaman Azərbaycana, bu böyük xalqa açıqdır”, - deyə N.Safronov sözlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

