Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
15.12.2018 [10:56]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 14-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya bürosu üzrə administratorunun müavini Brok Birmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Novruz Məmmədov Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında çox sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər barədə qonağa məlumat verən Baş nazir deyib: “Bildiyiniz kimi, hazırda beynəlxalq münasibətlərdə müəyyən gərginliklər müşahidə olunur. Ancaq buna baxmayaraq, Azərbaycan müəyyənləşdirdiyi inkişaf yolu ilə inamla irəliləyir və demokratik tərəqqi xəttinə sadiqdir”.
Azərbaycan hökuməti ilə USAID arasında da yaxşı münasibətlərin olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, 1992-ci ildən qurulan bu əlaqələr müxtəlif sahələri əhatə edir. “Hesab edirəm ki, ötən illər ərzində bizim kənd təsərrüfatı, səhiyyə, humanitar və digər sahələrdəki əməkdaşlığımız səmərəli olub. Biz bundan sonra da əməkdaşlığımızı konstruktiv əsaslarda davam etdirmək əzmindəyik”, - deyə Baş nazir vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Novruz Məmmədov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib, ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının bu münaqişənin sülh yolu ilə nizamlanması istiqamətindəki səylərinin bundan sonra da davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Görüşdə Brok Birman ölkəmizə səfəri müddətində keçirdiyi görüşlər barədə məlumat verib.
Söhbət zamanı Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

