/ / Bəhruz Quliyev: Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın terrorçuluqla mübarizədə apardığı işlərə böyük önəm verir
Bəhruz Quliyev: Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın terrorçuluqla mübarizədə apardığı işlərə böyük önəm verir
07.12.2018 [10:09]
Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısında öhdəliyini yerinə yetirən qabaqcıl ölkələr sırasında yer alıb. Xüsusilə terrorçuluğa qarşı mübarizədə daim öz fəallığı ilə seçilib. Bu bir faktdır ki, Azərbaycanın özü terrordan əziyyət çəkən ölkədir və beynəlxalq terrorizmə qarşı mübarizədə bütün əməkdaşlıqlarda yer alıb, terrorla mübarizə təşkilatları ilə həmrəyliyini, əməkdaşlığını artıq uzun illərdir ki, uğurla davam etdirir.
Bu fikirləri “Trend”ə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Avropa Şurasının MONEYVAL Komitəsinin ölkəmizin terrorçuluqla mübarizədə əldə etdiyi uğurlarını sübut edən qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əbəs deyil ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və apardığı mübarizənin müsbət nəticələr əldə etdiyini təsdiqləyib: “Bu faktın özü həm də belə deməyə kifayət qədər zəmin yaradır ki, artıq aparıcı dünya dövlətləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın istər terrorçuluqla mübarizədə, istərsə də digər məsələlərdə apardığı işlərə böyük dəyər və önəm verməkdədirlər. Eyni zamanda, daha bir faktı xatırlatmaq istərdim ki, bu günlərdə İqtisadiyyat və Sülh İnstitutunun “Qlobal Terrorçuluq İndeksi” hesabatında Azərbaycan reytinq cədvəlində 98-ci yeri tutmaqla, regionda lider ölkə kimi qeydə alınıb. Bu reytinq cədvəlində terror təhlükəsi olan ölkələr ilk sıralarda, terror təhlükəsi olmayan ölkələr isə daha aşağı sıralarda yer alıblar”.
Ekspert digər bir mühüm məsələyə də toxunaraq bildirib ki, Azərbaycan terrorla mübarizə aparan ölkə olmaqla yanaşı, həm də sabitlik və təhlükəsizlik məkanıdır: “XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel 2018” ilə tanışlığı zamanı Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanın turizm potensialından bəhs edərkən, ölkəmizin dünyanın ən təhlükəsiz yerlərindən biri olduğunu xüsusilə vurğuladı. Məhz belə mühüm faktorlardan bu nəticəyə gəlmək olar ki, Azərbaycan istər terrorla mübarizədə, istərsə də təhlükəsizliyin təmin olunmasında öz liderlik mövqeyini qoruyub saxlayır”.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09

