Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir
20.10.2018 [10:08]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 69-cu kitabı çapdan çıxıb
Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 69-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il mayın 22-də “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “The Business Year” jurnalına müsahibəsində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 69-cu kitabındakı materiallar 2015-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.
Bu kitabın əsas materialları Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində və yarış günlərində dövlətimizin başçısının iştirakı ilə keçirilən mühüm tədbirlərə dair informasiyalardan ibarətdir. Belə ki, kitabda Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının atletlər və media kəndlərinin, avtobus deposu və təlim mərkəzinin açılış mərasimlərində iştirakına, Avropa Oyunları parkının qarşısında, Oyunların Əməliyyat Komitəsinin baş ofisində, idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da, Tofiq Bəhramov adına Respublika stadionunda yaradılan şəraitlə tanışlığına dair materiallar toplanıb, Avropa Oyunları ilə bağlı tədbirlərdə çıxış və nitqləri yer alıb.
Nəşrdə dövlətimizin başçısının “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihələri olan yeni mədəniyyət obyektlərinin - “Daş salnamə” muzeyinin, “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasının, habelə “Azərbaycan Evi”nin açılışlarında iştirakına, YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanışlığına dair materiallarla da tanış olmaq mümkündür.
Kitaba, həmçinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrin Bakıya gəlmiş dövlət və hökumət başçıları ilə Prezident İlham Əliyevin keçirdiyi görüşlərə, apardığı danışıqlara dair informasiyalar daxil olunub.
Azərbaycan Prezidentinin İtaliya Respublikasına işgüzar səfəri zamanı “Milan Ekspo 2015” sərgisində nitqi, İtaliya Prezidenti və Baş naziri ilə görüşlərinə dair materiallar da bu kitabda yer alıb.
Oxucu 69-cu kitabda dövlətimizin başçısının, həmçinin XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı mərasimində, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqlərinin mətnləri ilə tanış ola bilər.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 69-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxElm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56

