ATƏT-in insan ölçüsü üzrə iclasında “Bakı prosesi” haqqında danışılıb
14.09.2018 [09:29]
Cari ilin sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, hər il payızda keçirilən bu mötəbər tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat verirlər. Sentyabrın 21-dək davam edəcək tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri ilə yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edirlər.
Sentyabrın 13-də sözügedən tədbirin “Antisemitizmlə mübarizə; dini və ya etiqadi zəmində, o cümlədən xristianlara, müsəlmanlara və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə” mövzusuna həsr olunmuş 6-cı işçi sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək tədbir iştirakçılarına “Bakı prosesi” haqqında geniş məlumat verib. O, “Bakı prosesi”nin tarixi, məqsədləri və iştirakçıları barədə danışıb, bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin prosesin 10 illiyinin ölkəmizdə qeyd edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
E.Nəcəfov bildirib ki, bir hərəkat kimi mədəniyyətlərarası dialoqun inkişafına yönələn “Bakı prosesi”nin əsası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qoyulub. Regional hərəkat olaraq yaradılan “Bakı prosesi” 2010-cu ildən qlobal təşəbbüsə çevrilib. Bu hərəkat çərçivəsində Bakıda dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011-ci, 2013-cü, 2015-ci və 2017-ci illərdə), beş Bakı Beynəlxalq Humanitar Forumu (2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2016-cı illərdə), Dünya Dini Liderlərinin Sammiti (2010-cu ildə), eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (2016-cı il) keçirilib. Azərbaycan Respublikası ilə yanaşı, “Bakı prosesi”nin aktorları arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi nüfuzlu təşkilatlar yer alır.
E.Nəcəfov çıxışının sonunda BMT-nin baş katibi Antoniu Quterreşin “Bakı prosesi”nə yüksək qiymət verdiyini, onun bu hərəkatın mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynadığını qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

