/ / Hikmət Babaoğlu: Azərbaycan ATƏT-i Ermənistan rəhbərliyinin təhlükəli bəyanatlarına reaksiya verməyə çağırır
Hikmət Babaoğlu: Azərbaycan ATƏT-i Ermənistan rəhbərliyinin təhlükəli bəyanatlarına reaksiya verməyə çağırır
14.09.2018 [09:25]
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə bir sıra aktual məsələləri müzakirə etdi. Nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verən ciddi hərbi-siyasi və iqtisadi qarşıdurmalar kontekstində ATƏT-ə üzv olan ölkələrin də milli təhlükəsizliyi bu və ya digər dərəcədə təhdidə məruz qalır, yaxud belə hal mümkün hesab edilir. Adından da göründüyü kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı isə əlbəttə, belə məsələləri öz tərəfdaşları ilə müzakirə etməli və təhlükəsizlik tədbirləri görməlidir. Bu mənada, Avropanın Cənub-Şərq tərəfdaşları içərisində Azərbaycan olduqca strateji bir ölkədir. Azərbaycanın təhlükəsizliklə bağlı strateji əhəmiyyəti təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda, coğrafi mövqeyi və hərbi-iqtisadi resursları ilə şərtlənir. Ona görə də Tomas Qremingerin ATƏT-in baş katibi kimi Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir və bu da ölkəmizin təhlükəsizlik məsələləri baxımından da olduqca əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, artıq uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalıb. Problemi həll etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb, lakin bu günə qədər bu qrup münaqişənin həlli ilə bağlı heç bir real töhfə verə bilməyib. Hazırda Ermənistana rəhbərlik edən, küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən baş nazir Nikol Paşinyan hər gün yeni bir sərsəm bəyanatla Azərbaycanı təhdid edir. Buna mütləq ATƏT tərəfindən qiymət verilməlidir. Çünki Azərbaycanın da təhlükəsizliyi ən azı bu təşkilata üzv olan digər ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir. Üstəlik də ATƏT problemin həlli ilə bağlı vasitəçilik missiyasını BMT Təhlükəsizlik Şurasının mandatı ilə öz üzərinə götürüb. Ona görə də görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Doğrudan da bu çağırış həm beynəlxalq hüquq, həm də real siyasi proseslər kontekstində olduqca əsaslandırılmış bir çağırışdır. Şübhəsiz ki, ATƏT bu cür həssas məsələyə öz münasibətini bildirməli, işğal faktına son qoymaq üçün vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir. Əks təqdirdə, bundan sonra bütün məsuliyyət işğalçı Ermənistan və onu idarə edənlərin üzərinə düşəcək ki, bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir. Regionda hamı, o cümlədən Ermənistan Azərbaycanın hərbi qüdrətini və mümkün müharibə variantında onu dəstəkləyəcək iqtisadi resurslarını yaxşı bilir.
Xəbər lenti
Hamısına baxMEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03

