Vüqar Rəhimzadə: Xalqımız öz Liderinə inanır və həyata keçirilən uğurlu siyasəti dəstəkləyir
11.07.2018 [09:04]
“Artıq 2018-ci ilin 6 ayı geridə qalıb. Ötən dövrə nəzər yetirdikdə Azərbaycanın son illərdə əldə etdiyi dinamik inkişafın ötən 6 ayda da davam etdirildiyinin şahidi oluruq. Bunu görülən işlər, həyata keçirilən uğurlu islahatlar, eyni zamanda, statistik rəqəmlər də təsdiq edir. İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı əldə olunan uğurlu nəticələrlə bağlı konkret faktları diqqətə çatdırıb. Qeyd olunub ki, ötən altı ayda ümumi daxili məhsul 1,3 faiz, sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bununla yanaşı, bitkiçilik 14 faizdən çox artıb, 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimidir. İqtisadiyyata isə 6 milyard dollar sərmayə qoyulub, əhalinin pul gəlirləri 9,3 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləridir: “2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda əldə olunan növbəti uğur kimi qiymətləndirmək lazımdır. Bütün beynəlxalq standartlara, norma və prinsiplərə, seçki qanunvericiliyinə uyğun keçirilən prezident seçkiləri cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Xalqımız yenidən öz Liderinə etibar edərək, etimad göstərərək Onu növbəti dəfə ölkə Prezidenti seçdi. Bununla insanlar Azərbaycanı işıqlı gələcəyə aparan siyasətə səs vermiş oldular. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Xalqımız öz Liderinə inanır və son 15 ildə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti bəhs olunan iclasda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi, ordumuzun döyüş hazırlığı ilə bağlı mühüm bəyanatlar verib: “Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda problemin sülh yolu ilə həlli variantına üstünlük verir. Ancaq göründüyü kimi, Ermənistan konstruktiv mövqe nümayiş etdirməkdən, dolayısı ilə işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməkdən boyun qaçırır. Buna görə də zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı önə çəkilir. Bunun üçün Azərbaycanın güclü potensialı, ordusu var. Elə 2016-cı ilin Aprel döyüşləri, bu ilin Günnüt zəfəri göstərdi ki, güclü Ordumuz hər an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu ilin ən önəmli hadisələrindən biri də “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, TANAP-ın işə salınması oldu: “Qeyd etdiyimiz bu mühüm hadisələr regional müstəvidən çıxaraq qlobal xarakter daşımağa başlayıb. Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin məhsulu olan bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə icra edilən, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” və onun əsas seqmenti olan TANAP bütün dünyanın diqqət mərkəzindədir. Bu layihələrin tam şəkildə işə düşməsi nəticəsində nəinki Azərbaycan və Türkiyə, qonşu ölkələr, eyni zamanda, Avropa dövlətləri qazanc əldə edəcəklər. Bir sözlə, Azərbaycanın müəllifi olduğu layihələr hər zaman olduğu kimi, yenə də regiona və dünyaya inkişaf, sülh və sabitlik vəd edir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

