Onun elmi fəaliyyəti Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmişdi
02.10.2009 [15:08]
XX əsrin bu böyük qadınının qarşıdan gələn yubileyi ilə əlaqədar Niaqara Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Amerika qitəsində sensasiyaya çevrilmiş Azərbaycan Muğamı günləri keçirilib, Aida İmanquliyevanın adını daşıyan mərkəz isə Azərbaycanın Kanadadakı səfirliyi ilə birlikdə Niaqarada və Torontoda azərbaycanlı alimin nurlu xatirəsinə həsr edilmiş bir sıra maraqlı tədbirlər keçirmək niyyətindədir.
Buraya ilk növbədə məşhur Kanada Elm Mərkəzinin salonunda “Dünya dinlərinin və mədəniyyətlərinin yaxınlaşması vasitəsilə ümumi sülhə doğru” devizi altında keçiriləcək Azərbaycan musiqisi konserti daxildir. Konsertdə hazırda Kanadada yaşayan həmvətənimiz, Azərbaycanın əməkdar incəsənət xadimi baş dirijor İsmayıl Hacıyevin rəhbərlik etdiyi “İpək Yolu” kamera orkestri, istedadlı tarzən, Beynəlxalq Musiqi Festivalında “Tarın Paqaninisi” yüksək tituluna layiq görülmüş Sahib Paşazadənin iştirakı ilə Bakı Muğam triosu, həmçinin Toronto şəhərinin “Təbriz” və “Araz” rəqs kollektivləri iştirak edəcəklər.
Təntənəli yubiley günlərində Kanada televiziyası ilə Aida İmanquliyeva haqqında sənədli film göstərilməsi, Şərəf Cəlilinin haqlı olaraq Şərqin görkəmli qadını kimi tanınmış yubilyarın həyat və elmi yaradıcılığından bəhs edən kitabının motivləri əsasında bəstəkar İsmayıl Hacıyevin yazdığı “Dünyanın qızılgülü” muğam-simfonik misteriyasının translyasiya edilməsi də nəzərdə tutulub. Azərbaycan xalqının şanlı qızının 70 illik yubileyi günlərində nəzərdə tutulan hadisələrdən biri də Beynəlxalq Universal Mənəvi Dəyərlər Mərkəzində onun büstünün açılışı və mərkəzin nəzdində yaradılmış Musiqi Akademiyasının Torontoda təqdimat mərasimi olacaq.
Kanadada Aida İmanquliyeva adına Beynəlxalq Universal Mənəvi Dəyərlər Mərkəzini yaradanlar - Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Torontodakı Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara festivalının “İpək Yolu” Komitəsinin həmsədri Nina Koqan, hazırda Kanadada yaşayan həmvətənimiz, “İpək Yolu” Komitəsinin sədri və kamera orkestrinin baş dirijoru İsmayıl Hacıyev, habelə Beynəlxalq Niaqara Festivalının baş meneceri və Aida İmanquliyeva adına Mərkəzin baş direktoru Virciniya Meynprays bütün bu məlumatları AzərTAc-a ünvanlanmış məktubda göstəriblər.
Məktub müəllifləri onu da bildiriblər ki, gələn il mart ayında onlar Azərbaycanın Kanadadakı səfirliyi ilə birlikdə şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş “Dünya dinlərinin və mədəniyyətlərinin yaxınlaşması vasitəsilə ümumi sülhə doğru və sülhyaratma prosesində qadının rolu” mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. Konfrans çərçivəsində Toronto İncəsənət Mərkəzinin zalında simfonik musiqi əsərlərindən ibarət böyük konsert təşkil ediləcək. Həmin konsert görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin bütün dünyada məşhur olan “Sülh uğrunda” simfonik poemasının ifası ilə başlanacaq.
Kanadadan gəlmiş məktubda deyilir: “Biz əminik ki, istedadlı Azərbaycan xalqının ən yaxşı nümayəndələrindən birinin adı ilə bağlı olan, 2010-cu ildə keçirilməsi nəzərdə tutduğumuz beynəlxalq konfrans bütün Şimali Amerika məkanında çox geniş ictimai əks-səda doğuracaq və yer üzündə sülhün möhkəmlənməsi kimi nəcib işə xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

