/ / Araz Əzimov: Türkiyə və Ermənistan arasında protokolların imzalanmasının münaqişələrin həllinə və regionun inkişafına təsiri müsbət olmayacaq
Araz Əzimov: Türkiyə və Ermənistan arasında protokolların imzalanmasının münaqişələrin həllinə və regionun inkişafına təsiri müsbət olmayacaq
02.10.2009 [15:08]
Nazir müavini xatırladıb ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlanmasına 1993-cü ildə Ermənistanın Dağlıq Qarabağı işğal etməsi səbəb olub: “Biz Türkiyənin Ermənistanla ikitərəfli əlaqələrinin bərpasına başlanmasına pozitiv inkişaf kimi baxa bilərdik. Biz anlayırıq ki, Türkiyə öz maraqlarına uyğun olaraq Ermənistanla prinsipial məsələləri həll etməlidir. Bu istiqamətdə konseptual anlayışların əldə edilməsi müsbət addım ola bilər. çünki Ermənistan əvvəllər Türkiyənin qarşısında müvafiq şərtlər qoyurdu, indi isə şərtləri aradan qaldırmağa hazır olduğunu bildiribsə, bu, Ermənistanın mövqeyində dönüş kimi qəbul edilə bilər. Lakin bu prosesdə tərəflərin tələsməsi məncə əsassızdır. Ermənistanda siyasi mövqelər hələ ki, bəlli deyil. Türkiyə cəmiyyətinin əksər hissəsi də Azərbaycan torpaqlarını işğal altında saxlayana kimi Ermənistanla sərhədlərin açılmasının əleyhinədir. Azərbaycanda da buna çox prinsipial və emosional münasibət var.
çox qabağa getmək istəməzdim, lakin biz artıq öz mövqeyimiz bildirmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf əldə edilmədən, bu istiqamətdə hansısa addım atmaq, protokolları imzalamaq münaqişənin həllinə kömək etməyəcək, əksinə, Ermənistanın mövqelərində hansısa dəyişikliklərə səbəb olacaq. Lakin bu dəyişikliklər inanmıram ki, müsbət olsun. Bir məqamı qeyd etmək yerinə düşər ki, bu ilin apreldə İsveçrənin Türkiyə-Ermənistan münasibətlərinə dair səsləndirdiyi birinci bəyanatının ardınca - may ayında Ermənistan Dağlıq Qarabağ danışıqlarında sərt mövqe ortaya qoydu. Beləliklə, qarşıda bizi son 15 ilin ən vacib hadisələri, prosesə və regiona təsir edə biləcək hadisələrin gözlədiyini söyləmək olar”.
Araz Əzimov deyib ki, “Azərbaycan öz torpaqlarının heç bir hissəsini heç bir şərtlə kiməsə hədiyyə etmək niyyətində deyil və olmayacaq”.
Nazir müavini Laçın dəhlizinin danışıqlarda vacib məsələ - kommunikasiyanın açılması baxımından mühüm amil olduğunu qeyd edib: “Əsas prinsiplərdən biri olaraq, Laçın koridoru konflikt zonasında kommunikasiyanın açılması üçün bir bənddir. Ermənilər dəhlizi Ermənistanla Dağlıq Qarabağ arasında ümid yolu adlandırılar. Bu onlar üçün çox vacibdir. Lakin biz bunu qəbul edə bilmərik ki, Azərbaycana məxsus hansısa ərazi, yol ermənilər tərəfdən yalnız birtərəfli qaydada istifadə olunsun. Laçın dəhlizi Ermənistanın istifadəsinə verilsə belə, hər zaman Azərbaycan torpağı olaraq qalacaq. Azərbaycanın dəhlizdən ikitərəfli qaydada istifadəyə dair təklifi ilə tanışsınız. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bəyanatlarında deyib ki, bu yoldan hər iki tərəf istifadə etməsi gələcəkdə regionda Azərbaycan, Ermənistan və Türkiyə əlaqələrinin normallaşmasında, sülh və əməkdaşlıqda böyük rol oynayacaq. Amma erməni tərəfi hələlik öz konsepsiyasında bu konstruktiv səviyyəyə qalxmır, yaxud da qalxmaq istəmir”.
Araz Əzimov sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi proseduruna münasibət bildirərkən deyib ki, “torpaqların boşaldılması və sülhməramlıların yerləşdirilməsi əvvəldən müzakirə olunan elementlərdir. Məncə, bunun hansının əvvəlcə edilməsi məsələsində anlaşılmazlıq çox azdır”.
A.Əzimov ərazilərin boşalmasında məntiqi uyğunluğun əsas götürülməli olduğunu bildirib: “İlk olaraq boşaldılması tələb edilən ərazilər Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlıdır. Laçın rayonu ilə bağlı bəzi çətinliklər var. Lakin biz hansısa mərhələli yanaşma ilə yəqin ki, bu məsələnin də həll etmə imkanını tapacağıq. Birinci mərhələdə torpaqların böyük hissəsi, çox da uzun olmayacaq ikinci mərhələdə isə qalan ərazilər qaytarılmalıdır. Bu, planlı şəkildə həll edilən məsələdir. Konseptual baxışlar məncə, artıq uyğunlaşdırılıb”.
A.Əzimov sülhməramlı qüvvələr məsələsinə də toxunub: “Burda sülhməramlı və barış qüvvələri terminlərinə fikir vermək lazımdır. çünki qüvvələrin adı və statusunun onun səlahiyyətləri ilə bilavasitə əlaqəsi var. Bu qoşunların statusu və səlahiyyətləri imzalanacaq sazişdən, tərəflər arasında mövcud, yaxud təmin ediləcək etibardan asılı olacaq. Etibar nə qədər çox olacaqsa, barış qüvvələrinə o qədər az ehtiyac qalacaq, yaxud onlara bəzi səlahiyyətlərin verilməsinə ehtiyac yaranmayacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

