Radikal müxalifət ilə “beşinci kolon” arasında “qrant savaşı”
18.05.2018 [09:30]
Öz şəxsi ambisiyalarına və korporativ maraqlarına görə anti-Azərbaycan mövqeyində duran bu antimilli ünsürlər “qənimət uğrunda mübarizə” çərçivəsində bir-birlərini təhqir etməkdən belə çəkinmirlər
Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsi və milli mənafelərlə bağlı prinsipial mövqedən çıxış etməsi anti-Azərbaycan dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin dairələr “beşinci kolon” nümayəndələrinin və radikal müxalifət cəbhəsində yer alan antimilli ünsürlərin xidmətlərindən istifadə edirlər. Məlumdur ki, “sapı özümüzdən olan balta”lar - həm “beşinci kolon” nümayəndələri, həm də radikal müxalifət düşərgəsində yer alan ermənipərəst, antimilli şəxslər anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, ölkəmizin milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin ünsürlərin xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqe tutmaqdır.
İş orasındadır ki, hər iki cəbhədə yer alan antimilli ünsürlər qrant uğrunda bir-biri ilə mübarizə aparır, bir-birlərinə qarşı təhqiramiz ifadələr səsləndirirlər. 9 may 2018-ci ildə Helsinki Komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib. Bu isə radikal müxalifət cəbhəsində birmənalı qarşılanmayıb. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqı”nı və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlər”in ciddi qəzəbinə səbəb olub. Bu gərginlik, yəni qrant uğrunda mübarizə sosial şəbəkələrdə də özünü göstərir və təhqiramiz fikirlərlə müşayiət olunur.
Sevinc Osmanqızı Xədicəni “xəstə”, o, isə qarşı tərəfi “troll” adlandırdı
Bu barədə bir neçə nümunəyə nəzər salmaq sosial şəbəkə üzərindən aparılan və təhqiramiz ifadələrin səsləndirildiyi “mübarizə”nin mahiyyətini aşkar etməyə imkan verir.
ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın bir-birlərinə qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızının “Meydan TV”nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu, eləcə də Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc Osmanqızı isə, öz növbəsində, Xədicəni “xəstə” adlandırıb.
Natiq Adilov Aslan İsmayılova qarşı...
Digər bir nümunə Natiq Adilovun Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham etməsi ilə bağlıdır. N.Adilov, eyni zamanda, müxalifəti fəaliyyətsizlikdə günahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə, maşa rolu oynadığını qeyd edib. N.Adilov Aslan İsmayılovu, sadəcə olaraq, sifarişlə işləyən müqəvva kimi xarakterizə edib. Göründüyü kimi, qrant - qənimət uğrunda mübarizə çərçivəsində bu şəxslər bir-birlərinin xarakteristikası və iç üzünü təsvir edən fikirlər ifadə ediblər.
Qənimət uğrunda “amansız döyüş”
“Qənimət uğrunda mübarizə” prosesi çərçivəsində sosial şəbəkələr üzərindən aparılan kampaniya bununla da bitmir. Cəmil Həsənli də “Meydan TV”nin aldığı qrantları doğrultmadığını yazıb. Bu isə onu göstərir ki, C.Həsənli “Meydan TV”yə irihəcmli qrantlar ayrılmasından ciddi narahatlıq keçirir. Kamil Vəli Nərimanoğlu isə Emin Millini “Emin Zilli” adlandıraraq daha ağır ifadələrlə təhqir edib. Bu isə bütün müxalifət düşərgəsində qrant uğrunda gedən amansız mübarizənin leksikonunun təhqiramiz ifadələrdən ibarət olduğunu göstərir.
Bütün bunlar göstərir ki, öz şəxsi ambisiyalarına və korporativ maraqlarına görə anti-Azərbaycan mövqeyində duran radikal müxalifət və “beşinci kolon” nümayəndələri öz aralarında yeni “qrant savaşı”na başlayıblar. Azərbaycan xalqına “dərs keçməyə çalışan”, xalqımızı meydana - mitinqlərə çağıran müxalifət başçıları, radikal düşərgənin “fəal”ları və “beşinci kolon” ulduzları indi qənimət uğrunda bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Görünən odur ki, şəxsi maraqlar üçün bir-birinə qənim kəsilən bu antimilli ünsürlərin daha şirnikdirici təkliflər qarşısında tərəddüd etmədən öz vətənlərini, dövlətlərini satacaqları şübhəsizdir. Çünki bu “qrantyeyənlər”in fəaliyyətinin əsasında məhz maddi - şəxsi maraqlar dayanır və onlar üçün xalq, vətən və dövlət anlayışları yoxdur!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

