/ / BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
18.05.2018 [09:27]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 17-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan Rövşən Rzayev Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir.
Qeyd edilib ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan yurd-yuvasından didərgin düşmüş insanların bir çox çətinliklərinin həllinə nail olub. Dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasından söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycanın təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğu dəfələrlə vurğulanıb. Bütün bunlara baxmayaraq, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində hələ də görüləsi işlər var.
Dövlət Komitəsinin sədri münaqişə nəticəsində doğma yerlərindən didərgin salınmış soydaşlarımızla bağlı BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrini xatırladıb, dəstəyə görə təşəkkürünü bildirib.
BMT ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Qulam İshaqzai mövcud olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunması məsələsinə toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib. Qulam İshaqzai BMT-nin Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazır olduğunu söyləyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraiti, eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

