Dövlətimiz imkansız ailələrə daim maddi və mənəvi qayğı göstərir
12.09.2009 [09:49]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında məcburi köçkün, şəhid və imkansız ailələrin yeni dərs ilində 1-ci sinfə gedəcək uşaqlarına məktəb ləvazimatları hədiyyə edilib. Təşkilatın sədri, YAP Siyasi Şurasının üzvü Fikrət İsmayılov bildirib ki, ehtiyacı olan insanlara daim maddi və mənəvi dəstək göstərilməlidir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin tövsiyəsinə əsasən, 1996-cı ildən etibarən hər il ənənəvi olaraq YAP Yasamal rayon təşkilatı tərəfindən qaçqın və məcburi köçkünlərə, imkansız ailələrə qayğı göstərilir: “Ulu öndərimiz daim imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik. Arzu edirik ki, torpaqlarımız işğaldan azad edilsin, həmin torpaqlarda məktəblər bərpa olunsun və övladlarımız öz yurdlarında təhsil alsınlar. İnanırıq ki, o gün uzaqda deyil”.
Təşkilat sədri xatırladıb ki, hazırda ölkə Prezidentinin tapşırığı əsasında məcburi köçkünlər üçün qəsəbələr tikilib istifadəyə verilir. Amma insanlar bu yaşayış məntəqələrinin də müvəqqəti olduğunu bilir və öz torpaqlarına qayıdacaqlarına inanırlar. F.İsmayılov deyib ki, təşkilat sentyabrın 18-də Ramazan bayramı münasibətilə 24 imkansız ailəyə maddi dəstək verəcək. Həmin gün, həmçinin, iftar süfrəsi də təşkil olunacaq.
YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü, İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyev çıxışında birincilərə arzularını ifadə edərək məktəbin müqəddəs ocaq olduğunu deyib: “O yerdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır”.
YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin prorektoru Vaqif İbrahimov və Sədaqət Xudiyeva çıxış edərək birincilərə xoş arzularını bildiriblər. çıxış edən valideynlər də göstərilən diqqətə görə YAP Yasamal rayon təşkilatına minnətdarlıq ediblər.
Tədbirdə bu il 1-ci sinfə gedəcək 180 uşağa məktəb ləvazimatları hədiyyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18

