Azərbaycanda ən demokratik seçki standartı olan Avropa standartı tətbiq edilir
11.09.2009 [12:24]
Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dünən davam etdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Seçki aşkarlığı və seçki prosesində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda məruzə edib.
Seçki institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması üçün ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini - yeni qanunların, Seçki Məcəlləsinin qəbul edildiyini bildirən Əli Həsənov, seçki qanunvericiliyinin təkmilləşdirilməsində ATƏT-in, Avropa Şurasının Venesiya Komissiyasının və digər mötəbər qurumların norma və prinsiplərinin əsas götürüldüyünü diqqətə çatdırıb. Dünyada bir çox seçki standartlarının olduğunu qeyd edən şöbə müdiri, Avropa seçki standartının ən demokratik seçki standartı olduğunu və digər regionlara aid ölkələrin bu təcrübədən istifadə etdiyini vurğulayıb.
Cinsindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın səsvermə hüququnun olduğunu nəzərdə tutan bu seçki standartının Azərbaycanda da tətbiq edildiyi bildirilib.
Avropa standartının təməl prinsipləri haqqında danışan Əli Həsənov, vətəndaşların azad seçkilərdə iştirakı və öz iradələrini sərbəst ifadə etmələri, səsvermə prosesində şəffaflığın qorunması, qanunvericilikdə nəzərdə tutulan ictimai nəzarətin təşkili, seçkilərdə KİV-in və müşahidəçilərin iştirakının təmin olunması barədə ətraflı məlumat verib.
KİV-lər arasında təbəqələşminin aradan qaldırılması, onların seçkilərdə tərəfsiz iştirak etməsi, müstəqil mətbuatın formalaşması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər haqqında da söhbət açılıb.
Bələdiyyə seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən danışan Ə.Həsənov qeyd edib ki, bu ilin dekabrında baş tutacaq seçkilərin sabit, dinamik və siyasi partiyaların fəallığı şəraitində keçəcəyi gözlənilir.
“Azərbaycanda seçicilərə lazım olan bələdiyyələr formalaşacaq”, - deyən şöbə müdiri qeyd edib ki, yerli özünüidarəetmə institutunun formalaşmasının ilkin mərhələsi kimi xarakterizə olunan ötən 10 ildə bələdiyyələr daim dövlətin qayğısı ilə əhatə olunub. Hazırda bələdiyyələr üçün zəruri qanunvericilik əsaslarının qəbul edildiyi, ölkədə bələdiyyə administrasiyasının formalaşdığı diqqətə çatdırılıb.
Sonda Əli Həsənov iştirakçıları maraqlandıran sualları cavanlandırıb.
Ali Məhkəmənin sədri Ramiz Rzayev dinləyicilər qarşısında “Seçki hüquqlarının məhkəmə müdafiəsi. Milli qanunvericilik və beynəlxalq təcrübə” mövzusunda məruzə edib.
Azərbaycanda vətəndaşların seçki hüquqlarından azad istifadə etməsi, şəffaf və ədalətli seçkilərin keçirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan Ali Məhkəmənin sədri, seçki sisteminin təkmilləşdirilməsi, milli qanunvericilik bazasının yaradılması, vətəndaşların seçki hüquqlarının məhkəmə müdafiəsi və bu məsələ ilə bağlı beynəlxalq təcrübə haqqında ətraflı məlumat verib.
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş respublikamızda mühüm hüquqi islahatların aparıldığı xüsusi qeyd olunub.
MSK-nın şöbə müdiri Elşən Əsgərovun “Dairə seçki komissiyalarında sənədləşmə, kargüzarlığın təşkili və aparılması qaydaları” mövzusunda məruzəsi də maraqla dinlənilib.
Kurslarda Prezident Administrasiyasının, Milli Məclisin, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə və Daxili İşlər nazirlikləri, Respublika Prokurorluğunun nümayəndələri də iştirak edirlər.
Sentyabrın 11-də başa çatacaq kursların iştirakçılarına sertifikat veriləcəkdir. Sentyabrın 23-25-də isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

