Bələdiyyələr seçicilərin iradəsinə uyğun olaraq formalaşdırılacaq
11.09.2009 [12:23]
“Azərbaycanda son on ildə ictimai-siyasi durum sabitdir. Cəmiyyətin bütün səviyyələrində nizam-intizam bərpa olunub”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyət barədə danışan şöbə müdiri ölkədə sabitliyin hökm sürdüyünü, ictimai-siyasi dairələrin qanunauyğun fəaliyyət göstərdiyini bildirib: “Ona görə də bələdiyyə seçkiləri sabit yarış şəraitində keçəcək. Bələdiyyələr seçicilərin iradəsinə uyğun olaraq formalaşdırılacaq”.
Siyasi partiyaların seçkilərdə iştirakına gəlincə, Ə. Həsənov bütün siyasi qüvvələrin bu prosesdə iştirak edəcəyinə əmin olduğunu deyib: “çünki seçkilərdə iştirak etməyən partiyaların perspektivini görmürəm. Siyasi partiya vətəndaşların işlərində, bilavasitə onların yerli seçkilərində iştirakı özünə rəva bilmirsə, onda prezident və parlament seçkilərində hansı üzlə onların qarşına çıxa bilər?”
Əli Həsənov KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə də münasibət bildirib: “Məxsusi olaraq axtarsanız, istənilən qurumun fəaliyyətində nöqsan tapmaq olar. Amma düşünürəm ki, ilkin təcrübə kimi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi layihəni müsbət qiymətləndirmək olar”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi müsabiqənin nəticələrindən narazılıqlara münasibət bildirən şöbə müdiri bunları deyib: “Fond yeni yaranıb, yenicə fəaliyyətə başlayıb. Bəzi çətinliklər mövcuddur. Xüsusən KİV-in təsnif olunmasında müəyyən problemlər var. Hansı KİV Azərbaycanda sözün həqiqi mənasında söz, mətbuat, məlumat fəaliyyəti həyata keçirir, cəmiyyətin şəffaflığını təmin edir, insanları informasiya ilə təmin edir, bunları təsnif etmək açığı müəyyən qədər çətindir. Amma biz quru yerdən başlamamışıq. Azərbaycanda Mətbuat Şurası var, Jurnalistlər Birliyi mövcuddur, ayrı-ayrı KİV-lər neçə illərdir fəaliyyət göstərir. Cəmiyyətdə onların fəaliyyəti ilə bağlı müəyyən məlumatlar mövcuddur”.
Müsabiqəyə qoşulub yüksək nəticə əldə etməyən KİV-in olduğunu qeyd edən Ə. Həsənov onların işlərinə fərdi şəkildə baxıldığını söyləyib: “Düşünürük ki, bugünkü narazılar sabah növbəti qrant müsabiqəsində razı qala, bugünkü razılar isə sabah narazı ola bilərlər”.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun görüşündə ölkədə kütləvi informasiya vasitələrinin vəziyyəti müzakirə olunub. Jurnalistlərə açıqlamasında Əli Həsənov müzakirə olunan məsələlər arasında M. Haraştini narahat edən məqamların da olduğunu söyləyib: “O, iki jurnalistin həbsdə olmasından narahatlığını ifadə etdi. Biz də bu prosesdən rahat olmadığımızı diqqətə çatdırdıq. Amma qeyd etdik ki, qanun qanundur və icra olunur. Biz gələcəkdə Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul olunması perspektivlərini də müzakirə etdik. Son zamanlar Azərbaycanda diffamasiya sahəsində mövcud vəziyyət müzakirə olundu və normal qiymətləndirildi, lakin bəzi problemlərin də olduğu bildirildi. Onların aradan qaldırılması istiqamətində ATƏT və Avropanın digər institutları ilə əməkdaşlığın gərəkliliyi qeyd olundu”.
Ə.Həsənov onu da deyib ki, ATƏT nümayəndəsi Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını müsbət qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

