Şair Ramaldanov: Aprel döyüşləri uğurlu Horadiz əməliyyatının davamıdır
06.01.2018 [10:46]
Aprel döyüşləri uğurlu Horadiz əməliyyatının davamıdır.
AZƏRTAC xəbər verir ki, bunu 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov yanvarın 5-də jurnalistlərə müsahibəsində deyib.
Ş.Ramaldanov bildirib ki, 1994-cü ilin qışında həyata keçirilən Horadiz əməliyyatı Azərbaycan xalqının qürur mənbəyidir. Bu uğurlu əməliyyat Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Ulu Öndərin çağırışından sonra genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi və dahi rəhbərin xeyir-duası ilə hücum əməliyyatları təşkil olundu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ordumuzda və xalqımızda qələbəyə inam yarandı və bundan ruhlanan döyüşçülərimiz uğurlu hücum əməliyyatları ilə Füzuli rayonunun Horadiz qəsəbəsini və 21 kəndi Ermənistan ordusunun işğalından azad etdi. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.
Ş.Ramaldanov qeyd edib ki, atəşkəsin elan olunması müharibənin bitməsi demək deyil. Amma düşmən hələ də atəşkəs rejimini pozur. Lakin bizim qəhrəman əsgərlərimiz ön xətdə düşmənə layiqli cavab verir, ermənilərin təxribatlarının qarşısını alırlar: “2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həmin istiqamətdə yenidən öz qəhrəmanlığını göstərdi. Düşmən ağır zərbə alaraq yaşayış məntəqələrimiz üçün təhlükə yaradan mövqelərdən geri çəkilməyə məcbur oldu. Bununla da yaşayış məntəqələrimizin təhlükəsizliyi təmin edildi”.
Düşmənin ötən ilin aprelində aldığı ağır zərbədən sonra hələ də özünə gəlmədiyini vurğulayan sabiq hərbi hissə komandiri bildirib ki, aprel döyüşləri Azərbaycan əsgərinin gücünü Ermənistan ilə yanaşı, bütün dünyaya göstərdi. Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı təqdirdə hansı aqibətlə üzləşəcəyini çox yaxşı bilir. Azərbaycan Silahlı Qüvvələrinin gücündən qorxuya düşən düşmən sosial şəbəkələrdə, mətbuatda öz narahatlığını bildirir. Bu barədə ən əsas narahatlığı Ermənistan ictimaiyyəti, erməni analar keçirirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməli olsa, o zaman düşmən daha çox itkiyə məruz qalacaq.
“Horadiz əməliyyatı Azərbaycan Ordusunun qələbələrinin başlanğıcıdır. Bu uğurların davamı aprel döyüşləridir. İnanıram ki, belə qələbələrimiz bundan sonra da çox olacaq”, - deyə Ş.Ramaldanov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

