Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Nərimanov rayon İcra Hakimiyyətində olub
20.12.2017 [10:06]
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Nərimanov rayon İcra Hakimiyyətində olub.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə keçirilən görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyi vurğulanaraq qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələrini bu gün Prezident İlham Əliyev daha yüksək səviyyəyə çatdırıb. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurub.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş, ümumi sahəsi 5200 kvadratmetr olan Azərbaycan Biznes Mərkəzinin açılışı üçün aparılan hazırlıq işlərindən danışılıb. Qeyd edilib ki, bu mərkəz gələcəkdə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarımızın Rusiya ərazisində, xüsusilə də ölkənin cənub bölgəsində yayılmasına geniş imkanlar açacaq. Söhbət zamanı, həmçinin eyni layihənin - Həştərxan Biznes Mərkəzinin Bakı şəhərində inşası ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.
Görüşdə Milli Məclisin deputatları Hikmət Məmmədov, Adil Əliyev və Rasim Musabəyov da iştirak ediblər.
Qeyd edək ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Fəxri xiyabana gedərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

