/ / Ziyafət Əsgərov: Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər
Ziyafət Əsgərov: Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər
05.12.2017 [10:26]
Moskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransında qaldırdığımız əsas məsələ Dağlıq Qarabağın işğal altında olan ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. İşğal altında olan bu ərazilərə mərkəzi hökumət tərəfindən nəzarət olunmur. Orada silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransında iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov qeyd edib ki, narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Çox təəssüf ki, bəzi dövlətlərin sözü ilə əməli uyğun gəlmir. Məsələn, çıxışlarda qeyd olundu ki, Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı, o cümlədən orada qoşunları olan Qərb dövlətləri də xəbərdardır. Bəzi dövlətlər bu bəla ilə mübarizəyə ciddi, səmimi yanaşır, digər dövlətlər narkotrafikdən istifadə edib qazanc əldə edirlər.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə hüquqi deyil, həm də sosial, psixoloji və tibbi problemdir. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıların çıxışlarından bu sahədə vəziyyətin çox faciəvi olduğu bir daha üzə çıxdı. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisinin tonlarla ölçüldüyünü vurğulayan Ziyafət Əsgərov bildirib ki, statistikaya görə, dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Əlbəttə, yaxın 20-30 ildə bu bəlanın kökünü kəsmək mümkün deyil. Ancaq dövlətlər məsələyə səmimi yanaşsalar, problemin qarşısını müəyyən qədər almaq olar. Bu, həm də gələcək nəslin sağlamlığı deməkdir. Bu problemin həlli yalnız dünya dövlətlərinin birliyi sayəsində mümkündür.
Xəbər lenti
Hamısına baxSosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50

