Bakıda 10-cu Alman-Azərbaycan iqtisadi forumu keçirilib
13.08.2009 [10:17]
Baden-Vürtemberq əyalətinin Baş naziri Günter Oettinger belə tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu bildirib. Əyalətlə respublikamız arasında iqtisadi əlaqələrdən danışan Baş nazir deyib ki, bizim ticarətimizdə enerji daşıyıcıları əsas yer tutur, Azərbaycan bu sahədə çox keyfiyyətli məhsullar təqdim edir.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın xarici iqtisadi əlaqələrində Avropa İttifaqının, o cümlədən Almaniya ilə əməkdaşlığın genişləndirilməsinin mühüm yer tutduğunu və son illərdə bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya və Almaniyanın yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana səfərləri çərçivəsində indiyədək iqtisadi sahədə 27 sənəd imzalanıb və beləliklə, tam əsasla demək olar ki, əməkdaşlığımızın etibarlı hüquqi bazası yaradılıb. Təqdirəlayiq haldır ki, əlaqələrimiz yalnız ticarət əməliyyatları ilə məhdudlaşmır, investisiya, maliyyə-texniki əməkdaşlığı və digər sahələri əhatə edir.
Kənd təsərrüfatı naziri İsmət Abasov Almaniya hökumətinin, onun müxtəlif qurumlarının Azərbaycanda aparılan genişmiqyaslı iqtisadi islahatların, o cümlədən aqrar islahatların həyata keçirilməsində, mütərəqqi texnologiyaların aqrar-sənaye kompleksində tətbiqində yaxından iştirakını vurğulayıb. Bildirib ki, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə respublikamızda “Kənd təsərrüfatında özəl təşəbbüslərin dəstəklənməsi”, “İnteqrə edilmiş ərzaq təhlükəsizliyi proqramı”, “Aqrar siyasət məsləhəti” və “Aqrar iqtisadiyyat sahəsində təlim və təkmilləşdirmənin, habelə Cənubi Qafqaz ölkələrində kənd yerlərinin inkişafının dəstəklənməsi” kimi layihələr həyata keçirilib. Son üç ildə Nazirliyin rəhbərliyi və mütəxəssisləri, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən tanınmış iri şirkətlər Berlində keçirilmiş “Beynəlxalq Yaşıl Həftə” sərgisində, sərgi çərçivəsində təşkil olunmuş “dəyirmi masa”larda, konfranslarda, Alman-Azərbaycan aqrar forumunda iştirak ediblər. çıxışının sonunda İsmət Abasov bu mötəbər tədbirin Azərbaycanda aqrar istehsal və emal sənayesinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsinə, aqrobiznes sektorunun inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini bildirib.
Sonra iqtisadi forum öz işini Azərbaycan və Baden-Vürtemberq iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

