Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir

Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir

21.11.2017 [10:09]

Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikir noyabrın 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşündə səsləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da iştirak etdiyi görüşdə Əli Əhmədov Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasəti barədə məlumat verib. O deyib ki, dövlətimizin uşaqlara diqqət və qayğısı hər zaman prioritet məsələlərdən biridir. Uşaqların hüquqlarının qorunması istiqamətində bütün imkanlar yaradılıb. Baş nazirin müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O əlavə edib ki, komitə uşaqların müdafiəsi ilə bağlı xeyli işlər görüb.
UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihələri dəstəklədiyini deyib. O qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün atdığı addımlar təqdirəlayiqdir.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30