Hikmət Babaoğlu: Bakı-Tbilisi-Qars dəmir yolu xətti nadir iqtisadi və maliyyə mühiti yaradacaq
01.11.2017 [10:21]
Tarixi hadisə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün oldu. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olduqca əlamətdar hadisədir. Bu layihənin iqtisadi əhəmiyyəti qədər ondan heç də az olmayan geostrateji əhəmiyyəti də var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, əslində bu layihə təqribən yüz il əvvəl bir-birindən süni şəkildə ayrı salınmış mühüm regional iqtisadi regionu birləşdirməklə onun inkişafına, bütövləşməsinə və inteqrasiyasına şərait yaratdı. Mərkəzi Asiyadan qərbə doğru uzanan vahid geoiqtisadi və geosiyasi məkan ötən əsrin əvvəllərində Ermənistan adlı süni dövlətin yaradılması ilə bir-birindən qoparılmışdı. Beləliklə, Orta Asiyanın davamı kimi Qərbə doğru uzanan Kiçik Asiya və Anadolu mənsub olduğu etnosiyasi coğrafiyadan ayrı düşməklə orada baş verən iqtisadi-mədəni proseslərdən kənarda qalmışdı. Nəticədə bütöv bir orqanizmi kimi fəaliyyət göstərən mühüm regionun iqtisadi və kulturoloji landşaftı pozulmuşdu ki, bu da regionun iqtisadi potensialının və inteqrasiya meyillərinin qarşısında başlıca maneəyə çevrilmişdi. Bakı-Tbilisi-Qars dəmir yolu, ilk növbədə, bu bütövlüyü bərpa etməklə sıçrayışlı iqtisadi inkişaf və inteqrasiya üçün əsaslı platforma yaratdı. İkincisi, bu layihə tarixi İpək Yolunun ən mühüm həlqəsi kimi Cənub-Şərqi Asiyadan başlayan və Avropaya qədər uzanan iqtisadi zənciri yenidən bərpa etdi ki, bu da layihənin qlobal layihə kimi səciyyələndirilməsini şərtləndirir. Bundan başqa, nəqliyyat dəhlizi üzərində olan çoxsaylı dövlətlərin iqtisadi əməkdaşlığı üçün optimal və səmərəli platforma yaradır ki, bu da özlüyündə iqtisadi canlanmanı təmin etməklə həm də mühüm siyasi tərəfdaşlıq mühiti yaradır.
“Ölkəmiz üçün bu layihənin strateji əhəmiyyətindən biri də odur ki, layihə işğalçı Ermənistanın regionda geostrateji əhəmiyyətini daha da azaltmaqla onun ətrafında siyasi və iqtisadi təcridetməni dərinləşdirir. Bu fakt isə gələcəkdə onu daha da zəiflətməklə faktiki olaraq regionda baş verən iqtisadi və siyasi proseslərin autsayderinə çevirir”, - deyə H.Babaoğlu qeyd edib.
Milli Məclisin deputatı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi həm də Orta Asiya respublikalarına iqtisadi müttəfiqlik vəd edir, onlar üçün Azərbaycan və Türkiyə ərazisindən Qərbə doğru yeni strateji marşrut açmış olur. Yəni, onların bu vaxta qədər yalnız Şimaldan Qərbə olan çıxış imkanlarına əlverişli və maneəsiz alternativ yaradır. Başqa mühüm məsələlərdən biri də odur ki, layihə gələcəkdə Azərbaycanın mühüm strateji regionlarından biri olan Naxçıvan Muxtar Respublikasının Ermənistanın blokadasından çıxarılması üçün yaxşı perspektivlər vəd edir. Yəni, bu dəmir yolu Qarsdan Naxçıvana qədər uzanmaqla onun inkişafına və Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynamasına yeni imkanlar yarada bilər. Bu mühüm strateji məsələlərlə yanaşı, layihənin sırf iqtisadi göstəriciləri də olduqca əhəmiyyətlidir. İlkin mərhələdə ölkəmizin ərazisindən beş milyon ton, gələcəkdə isə 15-17 milyon ton yükün, bir milyon konteynerin, təqribən bir milyon sərnişinin daşınması həm mühüm iqtisadi hadisə, həm də böyük turizm hadisəsi olacaq. Bütövlükdə bu mühüm nəqliyyat dəhlizi özünün ətrafında olduqca cəlbedici və nadir iqtisadi, maliyyə mühiti yaradacaq. Bu isə regionumuzda qlobal kataklizmlərdən qorunmaq üçün özünəməxsus siyasi sabitlik çətiri formalaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15

