Çionq Txi May: Vyetnam Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır
13.09.2017 [10:15]
Sentyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bahar Muradova belə görüşlərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini söyləyib. Milli Məclis sədrinin müavini vurğulayıb ki, diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Azərbaycan-Vyetnam münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında əməkdaşlıq da uğurla inkişaf edir.
Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərə toxunan vitse-spiker bütün ölkələrlə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək dəyərləndirib. Bahar Muradova münasibətlərin inkişafında Azərbaycanın və Vyetnamın dövlət başçılarının, parlament və hökumət rəhbərlərinin qarşılıqlı səfərlərinin rolunu xüsusi qeyd edib. Ölkələrimiz arasında rəsmi diplomatiya ilə yanaşı, parlament diplomatiyasının da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Vitse-spiker bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, o cümlədən Azərbaycan parlamentinin 100 yaşı qeyd olunacaq. Yarandığı gündən ölkənin tərəqqisində mühüm rol oynayan parlamentdə dostluq qruplarının fəaliyyəti də təqdirəlayiqdir. Qonaqlara Milli Məclisin tərkibi, komitələri və beynəlxalq əlaqələri barədə məlumat verən Bahar Muradova iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində mühüm rol oynadığını, parlamentdə 71 deputatla təmsil olunduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb. Dağlıq Qarabağ probleminə toxunan vitse-spiker Vyetnamın iqtidar partiyasını bu münaqişənin həllinə töhfə verməyə çağırıb.
Görüşdə Vyetnam nümayəndə heyətinin başçısı xanım Çionq Txi May Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla həllinə tərəfdar olduqlarını bildirib. Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşən qonaq ölkələrimiz və xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətlərindən söz açıb, Azərbaycanın müxtəlif dövrlərdə Vyetnama verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, münasibətlərin inkişafında Vyetnam xalqının lideri Xo Şi Minin və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mühüm rolu olduğunu qeyd edib. Çionq Txi May YAP ilə əməkdaşlığın yaxşı məcrada inkişaf etdiyini söyləyib. Vyetnamın iqtisadi potensialından, ticarət imkanlarından söz açan qonaq Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Cənub-Şərqi Asiyada Vyetnamı özünün etibarlı tərəfdaşı hesab edə bilər.
Söhbət zamanı xanım Çionq Txi May Milli Məclisdəki həmkarlarına Vyetnam parlamenti və təmsil etdiyi siyasi partiya barədə məlumat verib. Bildirib ki, ölkəsində qadınların ictimai-siyasi fəaliyyətə cəlb olunmasına xüsusi önəm verilir, Vyetnam parlamentində qadın deputatlar 27 faiz təşkil edir.
Səmərəli fikir mübadiləsi aparılan görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP-ın nümayəndələri, Vyetnam KİV-lərinin təmsilçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22

