Qlobal Gənc Liderlər Forumu seminarlar və müzakirələrlə işini davam etdirib
22.08.2017 [10:00]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda “Hal-hazırda hansı növ liderliyə ehtiyac var?” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevnelievin moderatorluğu ilə keçirilən panel iclasında Ukrayna parlamentinin keçmiş deputatı Ruslana Lyusiçko, Latviyanın sabiq Prezidenti Valdes Zatlers, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.
Rosen Plevneliev bildirib ki, güclü liderlər öz-özünə yaranmır. Təkbaşına güclü lider olmaz. Güclü liderin arxasında iqtisadi, sosial rifah cəhətdən güclü ölkə dayanır. “Ölkəsinin iqtisadiyyatı güclü deyilsə, o ölkəyə güclü investisiya yatırılmırsa o lider güclü lider ola bilməz. Əgər bir lider nüvə silahlarından istifadə edirsə, zərər verirsə o güclü lider ola bilməz. Əgər siz öz xalqınıza xidmət etmək istəyirsinizsə, ilk növbədə, ölkənizin problemlərini həll etməyə çalışın. Güclü lider xalqların rifahına xidmət edir”, - deyə o, çıxışında bildirib. Qeyd edib ki, bəzən güclü liderlər populist çıxışlarına görə məşhurlaşır. “Onlar özlərini güclü lider sayır. Lakin güclü lider olmaq üçün bütün bunlar əsas deyil”.
Latviyanın sabiq Prezidenti Valdes Zatlers güclü siyasətçinin necə olması ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu günün problemlərini müzakirə müstəvisinə çıxarmaqla, həmin problemlərə həll yolları tapmaqla lider olmaq mümkündür. “Dünya köhnə dünyadır. Bəşəriyyətə hörmətlə yanaşmaq lazımdır. Bunun üçün bütün ölkələrin, xalqların mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır. Fərqlilikləri bilib hörmət etməliyik”.
Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi tədbir təşkilatçılarına təşəkkürünü bildirərək, liderlik məsələsində kişi və qadın arasında balansın vacibliyindən danışıb. O, öz ölkəsində olan problemlərə, insanların çətin şəraitdə yaşaması məsələsinə toxunub. Xanım səfir gəncləri bütün gərgin situasiyalarda dayanmadan çalışmağa çağırıb. O, həmçinin sadə insanlarla ünsiyyətin, onların problemləri ilə maraqlanmağın liderliyin əsas şərtlərindən biri olduğunu deyib. F.Allaghi liderlik anlayışının tək siyasətçilərə aid olmadığını, öz xalqı üçün işlər görmüş insanlara, o cümlədən ciddi ictimai fəaliyyətlə məşğul olan qadınlara da aid olduğunu bildirib. “Tədqiqatlar aparın, həqiqətləri üzə çıxarmağa çalışın”, - deyə Farida Allaghi gənclərə tövsiyə verib.
2004-cü ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş Ukrayna parlamentinin keçmiş deputatı Ruslana Lyusiçko ölkəsində mövcud vəziyyət barədə məlumat verib. O qeyd edib ki, Ukraynadakı problemlərin aradan qaldırılması üçün kifayət qədər güclü yeni liderlərə ehtiyac var. İnsanların səsinin çatdırılmasında musiqinin rolundan danışan Ruslana Azərbaycan muğamından da bəhs edib.
Daha sonra tədbir liderlərlə gənclər arasında müzakirələrlə davam edib.
Müzakirələrdən sonra gənc iştirakçılar çıxış ediblər. Müxtəlif ölkələri təmsil edən gənclər liderliklə bağlı fikirlərini bölüşüb, öz ölkələrində liderliyin mövcud vəziyyətindən danışıblar.
Daha sonra İvo Yosipoviç “Musiqi və Siyasət” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, musiqi siyasətçilər üçün bir vasitədir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

