Ermənistanın forpost dövlət olduğunu təsdiqləyən daha bir addım
18.08.2017 [09:48]
Yaxud işğalçı ölkə müstəqil siyasət yürütməkdən məhrumdur
Məlum olduğu kimi, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan hazırda dərin sosial-iqtisadi böhran içərisindədir. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi Ermənistanı bütün strateji layihələrdən kənarda qoyub və işğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Təbii ki, iqtisadi tənəzzül işğalçı ölkədə əhalinin sosial durumunun getdikcə ağırlaşmasında birbaşa rol oynayır. Bütün bunların fonunda son zamanlar Ermənistanda etiraz aksiyalarının davamlı xarakter alması isə hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirir.
Onu da qeyd edək ki, işğalçı Ermənistan beynəlxalq münasibətlər sistemində forpost dövlət kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, kimsəyə sirr deyil ki, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir.
Bunun nəticəsidir ki, işğalçı ölkənin silahlı qüvvələri mütəmadi olaraq dinc əhalini hədəfə alır. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində 4 iyulda Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetiriliblər, 7 avqustda isə Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov yaralanıb.
Göründüyü kimi, Ermənistan özünün təcavüzkar mahiyyətinə “sadiqdir”. Amma qeyd etdiyimiz kimi, bu ölkə dünyada faktiki olaraq forpost dövlət kimi tanınır. Məlumdur ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Bu azmış kimi iki ölkə arasında birgə ordunun yaradılması məsələsi də gündəmdədir. Rusiya mətbuatınun məlumatına görə, Rusiya prezidenti Vladimir Putinə təqdim olunan saziş layihəsində ordunun “Qafqaz bölgəsində, tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə” yaradıldığı qeyd olunub. Hər iki ölkə arasında imzalanacaq müqavilənin 5 illik olduğu və tərəflər müqavilədən çıxmaq istəmədiyi təqdirdə, uzadılacağı qeyd olunur. Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücum ediləcəyi halda, sərhədləri qorumaq olduğu iddia edilir. Orduya Ermənistan prezidenti komandanlıq edəcək, amma bütün işləri Rusiya Ali Baş Komandanı ilə koordinasiya edəcək.
Əslində, bu fakt bir daha Ermənistanın forpost dövlət olduğunu, başqa bir milli dövlətdən asılı vəziyyətdə qaldığını təsdiqləyir. Məlum olduğu kimi, Ermənistanın iqtisadiyyatı da Rusiyadan birbaşa asılıdr. Belə ki, işğalçı ölkədəki əsas iqtisadi infrastrukturlar, müəssisələr Rusiyaya satılıb. Belə olan təqdirdə isə işğalçı ölkə müstəqil şəkildə iqtisadi siyasət yürütməkdən məhrumdur.
Eləcə də, Ermənistanın Avrasiya İttifaqına qoşulması da işğalçı ölkənin Rusiyadan asılılığının bariz göstəricisidir. Çünki digər beynəlxalq qurumlarda olduğu kimi, Avrasiya İttifaqında da işğalçı dövlət hər hansı rol oynayacaq potensiala sahib deyil. Bu ittifaqı yaradan dövlətlərlə müqayisədə Ermənistan həm coğrafi, həm də geosiyasi baxımdan əhəmiyyətsiz ölkədir. Təbii ki, Rusiya, Qazaxıstan və Belarus kimi ölkələrlə müqayisədə Ermənistanın hansısa potensialından danışmaq sadəlövhlük olardı. Nəzərə alsaq ki, Ermənistanın həmin ölkələrlə coğrafi əlaqələri də yoxdur, onda işğalçı dövlətin bu təşkilatdakı əhəmiyyətsizliyi bir daha ortaya çıxır. Sadəcə, əmrə tabe olan Sarkisyan rejiminin başqa yolu yoxdur.
Bu mənada bəzi ekspertlərin də vurğuladıqları kimi, birgə ordunun yaradılması da Ermənistanın nəinki xeyrinə deyil, onu daha da asılı vəziyyətə salacaq. Bununla da Sarkisyan hakimiyyəti bir daha beynəlxalq miqyasda Ermənistanın oyuncaq bir dövlət olduğunu nümayiş etdirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

