Naxçıvanda “Göy quş” tamaşasına baxış olub
27.07.2017 [09:35]
İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan teatrında ilk dəfə səhnəyə qoyulan “Göy quş” pyesi nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmış bu fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Tamaşada odunçunun oğlu Tiltil və qızı Mitilin qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy quşun axtarışına çıxaraq başqa xatirələr, gecənin sarayı, meşə, xoşbəxtliklər bağı, xoşbəxt gələcək dünyalarına səyahətlərindən bəhs olunur. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Tamaşanın sonunda bacı və qardaş yuxudan oyanaraq, öz dünyalarına qayıdırlar. Məlum olur ki, onların səyahəti bir gecə ərzində baş verib. Onlar başa düşürlər ki, xoşbəxtlik simvolu olan Göy quş hər kəsin öz qəlbindədir. Hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır. Xoşbəxt olmaq istəyənlər xeyirxah olmağı bacarmalıdırlar. Ən böyük xoşbəxtlik isə ana, valideyn sevgisidir. Tamaşadakı uşaq obrazları bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə edərək əsərin ideyasının açılmasına imkan verir.
Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Azərbaycan Respublikasının Əməkdar artistləri Behruz Haqverdiyev, Əli Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktyorlardan Heyran Abdullayeva, Vəli Babayev, Şölə Novruzbəyli və Fatimə Yusifli əsərin uğurlu səhnə həllinə nail ola biliblər.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.
Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq hər il müxtəlif janrlarda əsərlər seçilərək Naxçıvan teatrında səhnəyə qoyulur. Belə tamaşalardan biri də Moris Metterlinqin “Göy quş” fəlsəfi əsəri əsasında hazırlanmış tamaşadır. Naxçıvan teatrında tarixi, dram, komediya və digər janrlarda əsərlər oynanılıb. Son dövrlərdə fəlsəfi janrda yazılmış əsərlər də səhnəyə qoyulur. Belə əsərlərdən biri də “Göy quş” pyesidir. Rejissor işi, səhnə dekorasiyaları, musiqi tərtibatı, peşəkar aktyorlarla yanaşı, muxtar respublikada fəaliyyət göstərən teatrların həvəskar və gənc aktyorlarının çıxışları tamaşanın uğurlu alınmasına səbəb oldu.
Ali Məclisin Sədri deyib: “Fəlsəfi janrda yazılmış əsərlər çətin qavranılmasına baxmayaraq, böyük mənalar ifadə edir. Ona görə də tamaşa muxtar respublikanın rayonlarında da göstərilməli, geniş kütləyə təqdim olunmalıdır. Tamaşanın uğurlu alınması həm də Naxçıvanın inkişafının göstəricisidir. Çünki hər bir yerin inkişafı, təkcə iqtisadi inkişafla deyil, həm də mədəni inkişafla ölçülür. Mədəni inkişaf olmadan ümumi inkişafı təmin etmək mümkün deyil”.
Ali Məclisin Sədri rejissora və kollektivə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42

