Elmira Axundova: Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
26.07.2017 [09:08]
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Soçidə görüşü, zənnimcə, son vaxtlar ikitərəfli münasibətlərdə müşahidə edilən bəzi gərginlik baxımından tam vaxtında və aktual oldu. Mən azərbaycanlıların Rusiyada ən böyük diaspor təşkilatının – Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ətrafında Rusiyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azərbaycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir araya sığışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tuturam.
Bu fikirləri Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, əlbəttə, bütün bu neqativ informasiyalar əsası hələ XXI əsrin əvvəlində Ulu öndər Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş dövlətlərarası münasibətlərimizin möhkəm təməlini sarsıda bilməz. Lakin biz başa düşürük ki, Rusiyada, o cümlədən hökumət dəhlizlərində qəsdən çaşqınlıq yaratmaq və regionun ən qüdrətli dövləti ilə əlaqələrimizin gələcək davamlı inkişafına mane olmaq istəyən qüvvələr heç də az deyil. Buna görə də dövlət başçıları arasında şəxsi münasibətlər dünyanın müasir siyasi sistemində ən mühüm amildir. İndiki vəziyyətdə də bu, məhz belədir.
“Tanınmış tarixçi və politoloq, Milli Məclisin deputatı Musa Qasımlı düzgün müşahidə edib ki, bu görüş Rusiyanın dövlət və ictimai strukturlarında, xüsusilə kütləvi informasiya vasitələrində özünə yer etmiş erməni lobbisi nümayəndələrinə özünəməxsus cavabdır. Rusiya Federasiyasının siyasətçiləri və ictimai xadimləri, nəhayət, aydın şəkildə dərk etməlidirlər ki, onların ölkəsinin əsl dostu kimdir və kim görüntü yaradır”, - deyə Elmira Axundova qeyd edib.
Rusiya-Azərbaycan münasibətlərinə toxunan Elmira Axundova vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın mühüm rolu ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözləntiləri nəzərə alınmasa, Azərbaycan və Rusiya arasında, prinsipcə, xüsusi problemlər yoxdur. Əlbəttə, biz istərdik ki, Rusiya bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərsin. Ondan çox şey asılıdır.
Qafqazda sülh hamıya - Azərbaycana da, Rusiyaya da, sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanın özünə də lazımdır. Dövlətimizin başçısının Türkiyə Prezidenti və ABŞ dövlət katibi ilə danışıqları kimi, iki prezidentin görüşü də Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə və ədalətli həllinə xalqımızın ümidlərini artırıb”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

