Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
16.07.2009 [10:19]
Məlum olduğu kimi, son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində yenidən fəallıq hiss olunmaqdadır. ötən həftə regiona növbəti səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə bəyanat verərək, yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həllinə yönəlik ilkin sülh razılaşmasının əldə edilməsinin mümkünlüyünə işarə vurdular. Eyni zamanda, ötən həftənin sonlarında ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan ABŞ-ın Dövlət Departamenti 6 bənddən ibarət Madrid prinsiplərini açıqladı.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar çoxlu ümidverici fikirlər səsləndirilir: “özü də bu fikirlər həmişə və mütəmadi səsləndirilir. Hamımız çox istərdik ki, münaqişə tez həll olunsun. Amma, bildiyiniz kimi, bu münaqişənin həlli ilə əlaqədar müəyyən problemlər var. Bugünlərdə mətbuatda Madrid prinsipləri açıqlanıb, bununla bağlı söz-söhbətlər səngimək bilmir. Lakin bütün bunların fonunda Azərbaycanın mövqeyi hər zaman Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə bəyan edilib, ortaya qoyulub. Yəni, bir qarış da olsun, torpaq güzəştə gedilməməlidir və gedilməyəcək. Həmçinin, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İndi kim nə deyirsə-desin, Azərbaycanın birmənalı mövqeyi bundan ibarətdir”.
M.Qurbanlı hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin ümidverici sözləri, bəyanatları hələlik onların hansı prinsiplərə əsaslandığını ifadə etmir.
“Dəqiq bilmək olmur ki, onlar nəyə əsaslanaraq, nəyə ümid edərək bu fikirləri səsləndirirlər. Əgər bizim dediyimiz şərtlər daxilində belə fikirlər səsləndirirlərsə, bəli, bu, mümkündür. Yox, əgər Azərbaycanın ərazi bütövlüyünə və yaxud gələcəkdə Dağlıq Qarabağ üzərində Azərbaycanın idarəçilik prinsiplərinin qorunub-saxlanılmasına zidd fikirlərə iddia edirlərsə, onda, bu, mümkün deyil. Məsələn, Madrid prinsiləri nə deyir? Guya bir keçid mərhələsi yaradılmalı, bu, sonradan tədricən Dağlıq Qarabağ üzərində Azərbaycanın təsirinin azaldılmasına yönəlməlidir və sair. Bu prinsiplərə əgər ümidverici prinsiplər kimi yanaşıb mövqe ifadə edirlərsə, o zaman Azərbaycan buna heç cür razı deyil. Bir sözlə, biz dəfələrlə ümidverici bəyanatlar eşitsək də, hələlik onların real nəticəsi olmayıb. Ona görə ki, beynəlxalq təşkilatlar təcavüzkara qarşı təzyiq metodundan istifadə etmirlər, təcavüzkarla təcavüzə məruz qalan da tərəzinin eyni gözündə saxlanılırsa, bu zaman ədalət pozulur və məsələnin həlli yubanır” deyə YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı ilkin sülh razılaşması ilə bağlı hər hansı proqnoz verməyin çətin olduğunu bildirib. Onun fikrincə, bu, beynəlxalq aləmdəki proseslərdən və Ermənistana məlum güclərin nə dərəcədə təsir göstərəcəyindən asılıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

