“Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb
15.07.2017 [10:23]
Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü ərəfəsində araşdırmaçı jurnalist Niyaz Niftiyevin “Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb. Kitabda siyasi mədəniyyət, xalqların mediada qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlər, onlarla davranış qaydaları, adət və ənənələrinə münasibətin məcmusu ifadə olunur.
Əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı, rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlərlə ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.
Kitabda həmçinin KİV-lərdə çap olunan materialların (2008-ci ildən 2017-ci ilin əvvəllərinə kimi olan dövr ərzində 50-dək qəzet, sayt və jurnalın) monitorinqi aparılır. Monitorinq zamanı hansı qəzetin, saytın və ya jurnalın qeyd olunan illərdə neçə dəfə sözügedən mövzuya müraciətləri araşdırılır. Monitorinqə Azərbaycan, rus və ingilis dilli media cəlb olunub.
Qeyd edək ki, kitab “Ön söz”, “Müəllifdən”, “Azərbaycan mətbuatı tarixində multikulturalizm”, “Çağdaş Azərbaycan mətbuatında multikulturalizm”, “Mediada multikulturalizm: Azərbaycanda yaşayan xalqların mətbuatı”, “Beynəlxalq sənədlər və dünya təcrübəsindən bəzi seçmələr”, “Nəticə” və 5 dildə (rus, ingilis, türk, alman, fransız) yazılan “Xülasə”dən ibarətdir. 248 səhifədən ibarət olan əsərin redaktoru Vasif Hüseynovdur.
Xatırladaq ki, bu əsər Niyaz Niftiyevin multikulturalizm mövzusunda ikinci kitabıdır. Müəllifin bu seriyadan olan ilk kitabı “Azərbaycanda birgəyaşayış və mültikulturalizm” (Bakı, 2015, 407 səh.) adlanır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

