Ermənistanın növbəti təxribatı status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut edir
06.07.2017 [10:10]
XİN-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin qəsdən qətlə yetirilməsi ilə bağlı mətbuat konfransı keçirilib
İyulun 5-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribatla bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı törədilmiş təxribatla bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektləri qəsdən 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. Hadisə nəticəsində kəndin iki sakini həlak olub, bir nəfər yaralanıb.
Hadisədən dərhal sonra Silahlı Qüvvələrimizin bölmələrinin operativ cavab tədbirləri gördüyünü bildirən V.Dərgahlı deyib: “Ermənistan tərəfi də itkilər verib. Ancaq həmişə olduğu kimi, düşmən bu dəfə də öz itkilərini gizlədir. Bu təxribatdan sonra Ermənistan tərəfi yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə heç bir əsası olmayan məlumatlar yayıb: guya Azərbaycan tərəfi mülki əhalidən sipər kimi istifadə edərək Alxanlı kəndində qərargah qurub və ya guya orada hər hansı atəş nöqtəmiz olub. Bunu qəti olaraq rədd edirik və bildiririk ki, Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də mülki əhaliyə qarşı müharibə aparır və onları atəşə tutur. Alxanlıda Silahlı Qüvvələrimizin nə qərargahı, nə də atəş nöqtəsi var”.
Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin bu istiqamətində guya ABŞ istehsalı olan “TR-107” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə də Ermənistanın yalan məlumatlar yaydığını vurğulayan V.Dərgahlı bildirib: “Bu, ağ yalandır və onu qəti şəkildə təkzib edirik. Qeyd etmək istərdim ki, bu yaylım sistemi ABŞ yox, Türkiyə istehsalıdır. Burada da ermənilərin növbəti yalanları üzə çıxır. Dünənki hadisələr zamanı Silahlı Qüvvələrimiz bu sistemlərdən istifadə etməyib”.
Beynəlxalq qurumların hadisə ilə bağlı məlumatlandırıldığını diqqətə çatdıran Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, Ermənistan tərəfinin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyan edir ki, baş verə biləcək hər hansı hadisə ilə bağlı bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Ermənistanın törətdiyi təxribatla bağlı açılmış cinayət işi barədə məlumat verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, təxribat nəticəsində iki şəxsin həlak olması, bir nəfərin yaralanması faktları ilə bağlı dərhal Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma, iki və ya daha çox şəxsi qəsdən öldürmə, iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və digər maddələri ilə cinayət işi başlanıb. Respublikanın hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerinə və cəsədlərə baxış keçirilərkən tank əleyhinə qumbaraatan mərminin qəlpələri aşkarlanıb. Hazırda cinayət işi üzrə məhkəmə tibb-ekspertizaları və digər ekspertizalar təyin olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttinə yaxın ərazilərdə kompakt şəkildə yaşayan mülki əhalinin atəşə tutulması Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Erməni silahlı qüvvələrinin bu cür təxribatlar törətməsi, mülki insanları hədəfə alması Ermənistanın beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bu, həmçinin 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin və hərbi münaqişələr zamanı sivil davranış qaydaları haqqında beynəlxalq sənədlərin, o cümlədən uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilmiş təxribatla bağlı Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə akkreditə olunduqları ölkələrin müvafiq strukturlarına, beynəlxalq təşkilatlara Azərbaycanın məsələ ilə bağlı narahatlığını və mövqeyini çatdırmaq tapşırılıb. “Biz gözləyirik ki, dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması faktı olan bu hadisəyə, xüsusilə azyaşlı uşağın öldürülməsi faktına birmənalı şəkildə münasibət bildiriləcək”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.
O, həmçinin bildirib ki, bu hadisə status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən dərhal sonra bu cür hadisənin baş verməsi göstərir ki, Ermənistanın siyasi hakimiyyətinin niyyəti münaqişənin həllinə maneə yaratmaq və gərginliyi artırmaqdır. Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspişikin ofisi ilə, o cümlədən ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri ilə danışığı olub və ölkəmizin narahatlığı onların diqqətinə çatdırılıb.
H.Hacıyev məlumat verib ki, hadisə ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin təlimatları əsasında hazırda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspişik və onun nümayəndələri təmas xəttinin hər iki istiqamətində araşdırmalar aparırlar. İnanmaq olar ki, bu araşdırmaların yekununda hadisələrə obyektiv və real qiymət veriləcək.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

