Astanada XIV Avrasiya Media Forumu işə başlayıb
24.06.2017 [09:05]
Qazaxıstanın paytaxtı Astanada XIV Avrasiya Media Forumu (AAMF) işə başlayıb. “EXPO-2017” beynəlxalq sərgisi çərçivəsində keçirilən forumda dünyanın bir çox ölkələrindən ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, tanınmış jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Dünyanın 60 ölkəsindən 40 spiker və 600-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bütün beynəlxalq siyasi və media birliyi daxil olmaqla, dünya geosiyasətinin yenidən qurulması, rəqəmsal inqilabda təhlükəsizlik strategiyası, gələcəyin enerjisində tendensiyalar və inkişaf xüsusiyyətləri və bir sıra digər aktual məsələlərin müzakirəsi aparılacaq.
Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalikova ölkə prezidenti Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forum iştirakçılarına səmərəli iş arzulayan dövlət başçısı məktubunda dünyanın qlobal kontekstdə yenidən qurulmasında KİV-in vacib rolunu vurğulayaraq qeyd edib ki, media qarşılıqlı dialoqun inkişafına dair qlobal etibarın bərpası prosesində lider olmalıdır.
Forumun açılış mərasimində Qazaxıstan parlament senatının deputatı, senatın beynəlxalq işlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri, forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva çıxış edib. O bildirib ki, Avrasiya media forumu beynəlxalq ekspertlərin rəylərini dinləməyə imkan verən, ən aktual və kəskin suallar üzərində qurulan diskussiya meydançasıdır. Ənənəvi olaraq təşkilat komitəsi müasir dünyanın ən kəskin problemlərini müzakirəyə çıxarıb. “Əminəm ki, müzakirələr zamanı biz düzgün cavabları tapmaqda bir-birimizə kömək edəcəyik, heç olmasa onlara yaxınlaşa biləcəyik”, - deyə Dariqa Nazarbayeva vurğulayıb.
AAMF-in proqramı çərçivəsində gələcəyin enerjisi, iqtisadi möcüzə, qlobal informasiya mövzularında plenar iclaslar keçiriləcək.
İki gün davam edəcək forumun aparıcısı məşhur amerikalı jurnalist Riz Xandır.
Forumun ilk günündə “Bu gün KİV ölkə tərzinə necə təsir edir”, “Biznes-xəbərlər və biznes üçün yeniliklər. Media necə qazanır”, “Media kampaniyasının uğurlu mexanizmləri” mövzularında ustad dərsləri keçirilib.
Forumda ölkəmizi Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, AZƏRTAC-ın, APA-nın, AzTV-nin, İTV-nin əməkdaşları təmsil edirlər.
Forum işinə bu gün panel iclasları ilə davam edəcək.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

