AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə olublar
13.06.2017 [09:59]
İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Azərbaycan ilə AŞPA və onun qurumları arasında əlaqələrin dərinləşməsinin tərəflərin maraqlarına cavab verdiyini söyləyib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri qurumun Parlament Assambleyasının tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirirlər. Biz AŞPA ilə qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıyıq.
Sədr ümidvar olduğunu bildirib ki, həmməruzəçilər səfər müddətində onları maraqlandıran məsələlər haqqında ətraflı, obyektiv məlumatlar alacaq və gələcəkdə hazırlayacaqları hesabatda bu məlumatlar olduğu kimi öz əksini tapacaq.
Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. Qonaq səfərin məqsədini açıqlayaraq, bölgədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və inkişaf perspektivləri barədə daha çox məlumat almaq istəklərini dilə gətirib.
Görüşdə çıxış edən Stefan Şennak səfər çərçivəsində əldə etdikləri məlumatların gələcəkdə hazırlayacaqları hesabatda öz əksini obyektiv tapacağını bildirib.
Qonaqlar təmsil etdikləri təşkilatın Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını söyləyiblər.
* * *
Daha sonra Sezar Florin Preda və Stefan Şennak Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun payız sessiyası üçün Azərbaycan barədə məruzə hazırlamaq məqsədilə ölkəmizə səfərə gələn həmməruzəçilərə uğurlar arzulayıb. Məlumat verilib ki, Azərbaycan parlamenti çox aktiv fəaliyyətdədir. Avropa Şurası ilə birgə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün bütün imkanlar səfərbər olunub. Ölkəmiz götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib. S.Seyidov qanunvericiliyin təkmilləşdirilməsi baxımından Cinayət Məcəlləsində aparılan dəyişikliklərdən də söz açıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycana növbəti səfərdən məmnunluqlarını bildirib. O, yaxın günlərdə Milli Məclisdə keçirilmiş AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında iştirak edə bilməməsindən təəssüfləndiyini qeyd edib. Həmməruzəçi belə tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söhbət açılıb.
Milli Məclisin deputatları AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara aydınlıq gətiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

