ABŞ Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır
02.06.2017 [10:05]
Ekspertlərin qənaətincə, Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bu məqamda qeyd etmək yerinə düşər ki, müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatları da ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Məhz ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları da bunu aşkar şəkildə ifadə edir.
Bütövlükdə, Donald Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlanıb. Bu mərhələ iki ölkə arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Nəticə etibarilə, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər bir sıra məqamları ifadə edir. Əvvəla, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. Digər tərəfdən, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Eyni zamanda, ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında da Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar diplomatik hörmətdən daha böyük əhəmiyyət kəsb edir. Məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının yeni perspektivinin önə çəkildiyini deyən millət vəkili əlavə edib: “Terrorizmə qarşı birgə mübarizə, əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi, ABŞ-Azərbaycan əməkdaşlığını bütün sahələr üzrə genişləndirmək təklifi, əlbəttə ki, Birləşmiş Ştatların Azərbaycanı arzuolunan bir müttəfiq kimi görmək istəyindən xəbər verir. Həmçinin ABŞ Prezidentinin Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirməsi ölkəmizin təcrübəsinin Birləşmiş Ştatlar kimi nüfuzlu, demokratik bir ölkə tərəfindən yüksək qiymətləndirildiyini göstərir”.
Deputat vurğulayıb ki, ABŞ-ın Azərbaycanda həyata keçirilən islahatlara, ölkəmizin daxili və xarici siyasətinə verdiyi qiymət, əlbəttə ki, təqdirəlayiq haldır: “Həmçinin ABŞ-ın Azərbaycana terrorizmlə birgə mübarizə aparmaq təklifi çox vacib bir məsələdir. Çünki həm Azərbaycan, həm də ABŞ terrordan əziyyət çəkmiş ölkələrdir. Vaxtilə Ermənistanın Azərbaycan ərazisində bir-birinin ardınca terror hadisələri törətməsi buna bariz nümunədir. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, orada terrorçu dəstələrin hazırlanması, həmin ərazidən qanunsuz narkotik dövriyyəsinin həyata keçirilməsi çox ciddi, narahatedici məsələdir”.
A.Mirzəzadə əlavə edib ki, Donald Trampın Prezident İlham Əliyevə məktubları Birləşmiş Ştatların xarici siyasətində yeni aspektləri önə çəkdiyini ifadə edir. Bu həmçinin Birləşmiş Ştatların Azərbaycan kimi öz dövlətçiliyini möhkəmləndirmiş bir ölkə ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir: “Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsinə hazırdır və hesab edirəm ki, bu əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir”.
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü və Bakıda keçirilən XXIV Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar məktublar göndərməsi çox böyük siyasi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu hadisə rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa önəm verməsinin daha bir nümunəsidir: “Bu münasibət onu göstərir ki, ABŞ Azərbaycanın Cənubi Qafqazda rolunu və mövqeyini yüksək qiymətləndirir. Birləşmiş Ştatlar Azərbaycanı zəngin enerji ehtiyatlarına malik ölkə kimi dəyərləndirir. Eyni zamanda, Ağ Ev administrasiyası Azərbaycanın Avropanın enerji təhlükəsizliyində hansı mühüm rola malik olduğunun fərqindədir. ABŞ Prezidentinin məktublarından belə qənaətə gəlmək olar ki, Donald Tramp Azərbaycanı təhlükəsiz, dinamik inkişaf edən ölkə kimi dəyərləndirir”.
Millət vəkilinin sözlərinə görə, Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu beynəlxalq siyasətdən kənarda qalmışdı: “Amma Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın xarici siyasətində fərqli yanaşmalar müşahidə olundu. Trampın Azərbaycan Prezidentinə təbrik məktubları bir daha onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsində çox böyük imkanlar var. Bu məktublar həmçinin rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər. Bu, həm də, Donald Trampın Azərbaycan Prezidentinin yürütdüyü müstəqil xarici siyasəti dəstəkləməsi kimi xarakterizə edilə bilər”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31

