Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur
03.07.2009 [10:24]
Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə bir neçə gün öncə reallaşmış səfəri beynəlxalq aləm tərəfindən xüsusi maraqla izlənirdi. Bu da səbəbsiz deyil. Həm Rusiya, həm də Azərbaycan Avropanın enerji ilə təminatında önəmli rol oynayır və bu iki dövlətin enerji sahəsində əməkdaşlığı qlobal enerji təhlükəsizliyi məsələsində vacib yer tutur. Təsadüfi deyil ki, cənab Medvedevin səfəri ilə bağlı ən çox yadda qalan və beynəlxalq ictimaiyyətin marağını cəlb edən də enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə yönələn cəhdlər və səfərin sonunda tərəflər arasında təbii qazın ixracına dair imzalanan müqavilə oldu. Yeri gəlmişkən qeyd edək ki, bir sıra Qərb KİV-lərinin yaydığı məlumatların əksinə olaraq, Rusiya ilə Azərbaycan arasında qaz müqaviləsinin imzalanması məsələsi heç də bu gün gündəliyə daxil olan mövzu deyil. Hələ ötən il Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə rəsmi səfəri zamanı sözügedən mövzu gündəmə gəlmiş, tərəflər arasında ciddi fikir mübadiləsi aparılmış, hətta Rusiya tərəfi Azərbaycan qazını dünya bazar qiymətlərindən də artıq qiymətlə almağa hazır olduğunu bəyan etmişdi.
Şübhəsiz ki, müqavilənin imzalanması Azərbaycana böyük iqtisadi dividentlər qazandırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyinin və maraqlarının güclənməsi baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, bu sənəd Azərbaycanın çoxşaxəli enerji siyasətinin daha da möhkəmlənməsi üçün geniş imkanlar yaratmaqla yanaşı, Rusiya - Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını da stimullaşdıracaq. Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu məqama diqqət çəkərək deyib ki, bu gün Azərbaycan qazı artıq dünyanın dörd ölkəsinə nəql edilir və gələn ildən başlayaraq, həm də Rusiyaya ixrac olunacaqdır: “ölkəmizin qaz potensialı kifayət qədərdir və mən deyə bilərəm ki, bu il qaz hasilatının səviyyəsi təqribən 27 milyard kubmetr olacaqdır. Növbəti ildə isə biz 30 milyard kubmetrdən çox qaz çıxarmağı planlaşdırırıq. Bizim üçün Rusiya ilə qaz sahəsində əməkdaşlıq həm də yeni bazara çıxmaq, qaz təchizatının şaxələndirilməsini təmin etmək imkanıdır”.
Bakıda razılaşdırılan başqa bir məqam isə Xəzərin dibinin bölüşdürülməsi və dənizin təbii ehtiyatlarından istifadə məsələləri ilə bağlıdır. Doğrudur, bu görüşə qədər də Moskva ilə Bakı arasında həmin fikir ayrılıqlarının aradan qaldırılması baxımından kifayət qədər ciddi və faydalı danışıqlar olmuş, mövqelər yaxınlaşmışdı. Hətta şifahi şəkildə tərəflərin bir-birinə dəstək verdikləri də bəyan olunmuşdu. Amma bu dəfə daha ciddi və tutarlı bir sənəd - Xəzər dənizi üzrə birgə Bəyannamə imzalandı. Bu Bəyannamənin imzalanması, dövlət başçılarının da bəyan etdikləri kimi, Xəzər düyününün açılmasında əhəmiyyətli rola malikdir və gələcək perspektivdə dönüş nöqtəsi rolunu oynayır.
Onu da qeyd etmək yerinə düşər ki, Rusiya ilə Azərbaycan arasında enerji sahəsində mövcud olan yüksək əməkdaşlıq digər sahələrdə də müşahidə olunur. O cümlədən, ticari və iqtisadi əlaqələrin yüksək səviyyədə olması həm Bakıda, həm də Moskvada razılıqla qarşılanır. Hazırda Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında liderlik edir və bu, onu deməyə əsas verir ki, ölkələr arasında iqtisadi əlaqələr həqiqətən də yüksələn xətt üzrə davam edir, həmçinin, bu inkişaf dinamikası ildən-ilə yeni sahələri əhatə edir. Bu gün hər iki ölkə arasında ticarət dövriyyəsinin məbləği 2, 4 milyard dollara yaxındır, Rusiya ümumi mal mübadiləsində təxminən 15 faizlik paya malikdir. İkitərəfli əməkdaşlığın genişləndirilməsinə səbəb isə hər iki ölkənin bu potensialdan səmərəli istifadə etməsi və liberal vergi-gömrük rejimi tətbiq etməsidir. Bu əlaqələrin dərinləşməsində hökumətlərarası komissiyaların rolunu da xüsusi qeyd etmək olar. İndiyədək hökumət komissiyaları tərəfindən imzalanan sənədlər sərmayə qoyuluşlarının artırılmasına və investisiyaların qarşılıqlı qorunmasına əlverişli zəmin yaradıb.
Rusiya ilə Azərbaycanın işgüzar dairələri arasında münasibətlərin inkişafında 2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramlarının həyata keçirilməsinə dair sazişin də əhəmiyyəti böyükdür. Bu sənəd çərçivəsində Moskvada Azərbaycanın kənd təsərrüfatı məhsullarının topdansatış mərkəzlərinin, eləcə də ticarət məntəqələrinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı, rus iş adamlarının respublikamızın enerji və sənayenin bir çox sahələrində sərmayə qoyuluşları da diqqət mərkəzindədir. Rusiyanın elektrik enerjisi üzrə layihələrə də marağı böyükdür və İran-Azərbaycan-Rusiya vahid enerji xəttinin çəkilməsi planlaşdırılır. Eləcə də tərəflər arasında region üçün xüsusi əhəmiyyətə malik Şimal-Cənub nəqliyyat qovşağının yaradılması ilə bağlı konsorsiumun təşkili gözlənilir.
Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın oynayacağı rol böyük əhəmiyyət daşıyır. Hər halda, Rusiyanın təşəbbüsü ilə ötən il Moskvada Dağlıq Qarabağ danışıqlarına start veriləndən ilk dəfə olaraq rəsmi sənədin-Moskva Bəyannaməsinin imzalanması bu münaqişənin həllində Kremlin çəkisini göstərdi. Sevindirici haldır ki, Rusiya prezidenti Dmitri Medvedev Bakıda səsləndirdiyi bəyanatında ölkəsinin bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəallıq göstərəcəyini və münaqişənin yekun həllinə nail olunması üçün yardımlarını əsirgəməyəcəyini bəyan edib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

