31 mart soyqırımı qurbanlarının xatirəsi yaddaşlardan silinməyəcək
01.04.2017 [09:21]
31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində anma mərasimi təşkil olunub.
Mərasimdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, ABŞ-ın və Bolqarıstanın Tbilisidəki səfirliklərinin məsul əməkdaşları, Gürcüstanın hökumət üzvləri, siyasətçilər, tarixçi alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları səfirliyin binasının foyesində erməni terrorundan bəhs edən kitabların sərgisinə baxıblar.
Səfir Dursun Həsənov tədbiri açaraq erməni-bolşevik birləşmələri tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər haqqında məlumat verib. Bildirib ki, həmin dövrdə erməni-bolşevik dəstələri əvvəlcədən Şamaxıda yerləşdirilib. 2000 min erməni əsgəri və 60 yük maşınına doldurulmuş silah-sursat əvvəlcədən müəyyənləşdirilən yerə gətirilib. 1918-ci il martın 31-də, eləcə də aprelin 1-2-də erməni-bolşevik hərbi birləşmələri Bakıda, eləcə də, Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda əliyalın insanları kütləvi şəkildə, amansızcasına qətlə yetiriblər. Bu barədə tarixi mənbələrdə də geniş məlumat verilib və sübut olunub ki, bu, əsl soyqırımı idi.
Diplomat 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini qeyd edib.
Akademik Kamal Abdullayev çıxışında deyib ki, biz hər il bu soyqırımı hadisələrinin qurbanlarını anırıq. Bu, soyqırımı Azərbaycan xalqının qan yaddaşına yazılan hadisədir. Akademik erməni terrorçularının həmin dövrdə azərbaycanlıları, gürcüləri, rusları, yəhudiləri, həmçinin ermənilərin özlərini də qətlə yetirdiklərini bildirib.
Azərbaycanda və Gürcüstanda multikulturalizmin inkişafından danışan Kamal Abdullayev deyib ki, multikulturalizmin inkişafı bizim dostluğumuzun daha da möhkəmlənməsinə xidmət edir. Gürcü və azərbaycanlı gənclər bu mövzuya böyük maraq göstərirlər. Bu da çox vacibdir. Azərbaycan-Gürcüstan dostluğu bizə həmişə əzizdir.
Terrorizm və Problemlər Araşdırmalar Mərkəzinin sədri Badri Naçkebia çıxışında deyib ki, Azərbaycan xalqı soyqırımı qurbanı olub. Bu, tarixi həqiqətdir. Bu gün qardaş Azərbaycan xalqı üçün ağrılı bir gündür.
Suxumi Dövlət Universitetinin professoru, tarixçi alim Quram Marxuliya isə bildirib ki, bu gün Ermənistanın yerləşdiyi torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Ermənilər 1918-ci ildə Gürcüstana da hücum ediblər. Tiflisdə yaşayan ermənilər onlara kömək ediblər. Ermənilər sovet dövründə də Abxaziyada Baqramyan adına alay yaradaraq gürcülərə qarşı vuruşublar. Belə bir hadisə 1905-1906-cı illərdə də baş verib. Bu illərdə ermənilər tərəfindən həm gürcülər, həm də azərbaycanlılar öldürülüblər.
Gürcüstan Ağsaqqallar Şurası sədrinin müavini Mayak Nemətov çıxışında Azərbaycan və gürcü xalqlarının oxşar tarixindən, müstəqillik mübarizəsindən, ermənilərin Cənubi Qafqazdakı pozuculuq fəaliyyətindən danışıb.
Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, ermənilər zaman-zaman azərbaycanlılara və gürcülərə qarşı soyqırımı, kütləvi qırğınlar, terror və digər ağır cinayətlər törədiblər. Ötən əsrin əvvəllərində ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri qırğınlardan 100 il keçsə də, həmin qanlı cinayətlərin izi hələ də xalqımızın yaddaşından silinməyib.
Sonda soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

