Aprel döyüşlərində əsgər və zabitlərimizin döyüş ruhu yüksək səviyyədə idi
01.04.2017 [09:09]
Aprel döyüşlərində Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhu yüksək səviyyədə idi. Əgər əməliyyatlar dayandırılmasa idi, Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Düşmən bütün silah-sursatını atıb qaçmışdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 31-də aprel döyüşlərinin iştirakçısı olan bir qrup hərbçinin KİV nümayəndələri ilə Müdafiə Nazirliyində təşkil edilən görüşdə səsləndirilib.
Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov bildirib: “Düşmən elə bilirdi ki, tikanlı məftillər keçilməzdir. Ermənilər elə zənn edirdilər ki, Azərbaycan Ordusunun döyüş ruhu zəifdir. Onların düşündüyünün əksinə, böyük əzmlə düşmənlə döyüşə atıldıq və düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edərək səngərləri qoyub qaçmağa məcbur etdik. Ermənilər Goranboy istiqamətində tanklarla hücuma keçmişdilər. Biz məlumat əldə etdikdən sonra düşmənin tanklarının və kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq, layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını qoyub qaçdı. Bundan başqa, ermənilər döyüş meydanından qaçmaq istəyən 15 əsgərini də güllələyərək öldürmüşdülər. Düşmən indi də qorxu içindədirlər. Çünki bilir ki, Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı düşməndən mütləq azad edəcək”.
Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhunun çox yüksək səviyyədə olduğunu xüsusi qeyd edən E.Sadıqov deyib: “Əsgərlərimiz həqiqətən döyüşməyi əla bacarırlar. Ermənistan ordusu tərəfindən bir də belə hal təkrar olunarsa, düşmən tərəfi hücumumuza tab gətirə bilməyəcək. Çünki onların heç bir qüvvəsi qalmayıb. Əgər döyüş dayandırılmasa idi, düşmən hücumlarımıza tab gətirə bilməyəcəkdi. Ermənilərin bizimlə bağlı düşüncələrini alt-üst etdik və bizim gücümüzü, qüdrətimizi onlar əyani surətdə gördülər. Tap Qaraqoyunlu kəndi daim düşmənin hücumlarına məruz qalırdı. Həmin yüksəklikdən düşmən ərazilərimizi nəzarətdə saxlaya bilirdi. Eyni zamanda, mülki əhaliyə düşmən rahatlıq vermirdi. Biz həmin ərazini azad etdik və Talış-Madagiz istiqamətində strateji ərazilər hazırda bizim nəzarətimizdədir. Amma onlar özləri də bunu sonradan etiraf etdilər ki, biz onlardan güclüyük, Azərbaycan əsgəri həqiqətən döyüşməyi bacarır. Tap Qaraqoyunlu istiqamətində düşmənin təxribat törətdiyi və ələ keçirə bilmədiyi posta mənim adım, yəni “Eldəniz” adı verilib. Sonra düşmən həmin ərazini ələ keçirmək istədi və itki verərək geri oturduldu”.
Ağdam istiqamətində gedən döyüşlərdə yaralanan polkovnik-leytenant Xəqani Cəfərov bildirib: “Düşmənin bizə gücü çatmadığı üçün kəndlərimizi, mülki əhalini atəşə tuturdular. Çünki onların qarşısında duran Azərbaycan əsgərinə, zabitinə güllə atan kimi, dərhal layiqli cavablarını alırdılar. Aprel döyüşlərində hər bir əsgərdə, gizirdə, zabitdə çox yüksək döyüş ruhu var idi. Hər bir əsgər onunla birlikdə vuruşan komandirinin döyüşünə baxırdı və fərəhlənirdi, daha ürəklə savaşırdı. Çünki hər birimiz bilirdik ki işimiz haqq işidir, qarşımızda olan ərazilər ermənilərin işğal etdiyi bizim torpaqlarımızdır. Düşmənə sübut etdik ki, onlar bizim kimi döyüşə bilməzlər. Çünki biz torpaqlarımızın azad edilməsi yolunda vuruşurduq. Torpağımızda tökdüyümüz hər damcı qan tarixə yazılır. Ona görə də əsgərlərimiz qorxmadan, cəsarətlə və yüksək əhval-ruhiyyədə döyüşürdülər. Hər bir zabit, gizir, əsgər bu döyüşlərdə canını belə verməyə hazır idi ki, işğal olunmuş torpaqlarımızı azad edək. Döyüş ermənilər tərəfindən başlanıldı. Aprelin 1-dən 2-nə keçən gecə ermənilər artilleriya atəşi ilə kəndləri atəşə tutdular. Biz aprel döyüşlərində sübut etdik ki, lazımi qədər texnikamız var. Lakin biz onların hamısından, daha uzaq mənzilli silahlardan istifadə etmədik. İstifadə etdiyimiz silahların bir qismi hələ onları vahiməyə salmışdı, ermənilərin yanına düşən hər bir mərmi onların əsgər və zabitlərini qorxuya salırdı. Hər şeyi atıb qaçırdılar ki, təki canlarını qurtarsınlar”.
X.Cəfərov qeyd edib ki, hər bir zabitimiz, gizirimiz, əsgərimiz qanından, canından keçərək torpaqlarını azad etməyə hər an hazırdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Müdafiə Nazirliyinin rəhbərliyi bizi daim diqqət mərkəzində saxlayırlar.
Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini və bunu bütün dünyanın gördüyünü vurğulayan Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdizadə isə bildirib: “Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılanda içimizdə yalnız ruh yüksəkliyi var idi. Lələtəpəyə gedəndə içimizdə qorxu yox, yalnız sevinc hissi vardı. Orada biz fikirləşmirdik ki, biz yaralana, ölə bilərik. Yeganə düşündüyümüz o idi ki, düşməni məhv edib ərazimizi, mövqelərimizi möhkəmləndirək. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. Düşmən bizdən çox zəifdir, qorxaqdır. Çünki onlar oranı tərk edərkən öz silahlarını atıb qaçmışdılar, bizim torpaqlarımızda qurduqları postları atıb qaçmışdılar. İndi bu yüksəkliyin sayəsində həmin istiqamətdə düşmənin bütün hərəkətlərini izləyə bilirik”.
Əməliyyatlar zamanı başından snayper yarası aldığını, amma döyüşü tərk etmədiyini vurğulayan zabit deyib: “Amma döyüşü tərk etmədim. Düşmən qüvvəsini məhv etdikdən sonra ayağımdan güllə yarası aldım. Bundan sonra hərəkət qabiliyyətimi itirdim. Döyüşçü yoldaşlarım məni xilas etdilər. Yaralı olduqdan sonrakı vaxtlarda hər kəs bizimlə maraqlanırdı, mənəvi dəstək göstərirdilər. Qazi olsaq da, amma içimizdəki Vətən sevgisi, dövlətə, millətə inam, Ordumuza olan sevgimiz xidmətimizi davam etdirməyə zəmin yaratdı. İlk növbədə, millətimizin, dövlətimizin qayğısı sayəsində sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdirməyə başlamışıq və Ali Baş Komandanın əmrlərinə hazırıq”.
Ötən il aprelin 1-dən 2-nə keçən gecə düşmənin canlı qüvvəsinin və diversiya qruplarının Tap Qaraqoyunlu və Talış ərazilərində bir neçə istiqamətdən təxribat törətmək üçün hücuma keçdiklərini qeyd edən kapitan Rauf Musayev isə bildirib: “Mən və döyüş yoldaşlarım həmin ərazidə düşmənin təxribatının qarşısını almaq üçün vuruşduq və əks-həmlə edərək erməniləri o ərazidən çıxardıq. Talış kəndinin ən əsas strateji əraziləri bizim nəzarətimizə keçdi. Hazırda Talış istiqamətində düşmənin işğalı altında olan çox böyük ərazilərə nəzarət edə bilirik. Düşmənin obyektlərini, texnikalarını, canlı qüvvələrini məhv etdik. Düşmən bizim mərdliyimizdən, döyüş ruhumuzdan qorxur. Ermənilər yaralı əsgərləri və meyitləri döyüş meydanında qoyub qaçırdılar. Düşmənin şəxsi heyəti çatışmadığından onlar yaşlı adamların, təcrübəsiz insanların köməyindən istifadə edirdilər. Belə hallarda olmuşdu ki, ermənilər qaçan əsgərlərini qollarından iriçaplı silahlara bağlamışdılar. İnanmıram ki, ermənilər bizə müqavimət göstərə bilsinlər. Bizim ordumuz döyüş ruhu, döyüş əzmi ilə güclüdür, bizim ən müasir silah və texnikamız var”.
Sonra mətbuat konfransında iştirak edən zabitlər jurnalistlərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

