/ / Eldar İbrahimov: Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya, işğalçı Ermənistana təsir göstərə bilər
Eldar İbrahimov: Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya, işğalçı Ermənistana təsir göstərə bilər
17.03.2017 [10:12]
“Ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri çox yüksək qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın, ölkə Prezidentinin Avropada və dünyada nə qədər böyük nüfuza malik olduğunun nəticəsi hesab edilə bilər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
Azərbaycan Prezidentinin Fransaya səfər proqramının kifayət qədər geniş və əhatəli olduğunu vurğulayan E.İbrahimovun sözlərinə görə, həm rəsmi, həm siyasi, həm də biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. YAP İdarə Heyətinin üzvü qeyd edib ki, gündəlikdə duran ən mühüm məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılması olub.
“Bildiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bir çox hallarda da ermənilərə, Ermənistana yaxınlığı, ona dəstəyi ilə seçilən ölkələrdəndir. Bunu da zaman-zaman dilə gətirmişik, mövqeyimizi də ifadə etmişik. Ancaq bununla belə, hesab etmişik və edirik ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya, işğalçı Ermənistana təsir göstərə bilər. Bizim də həmsədr ölkə kimi Fransadan gözləntimiz budur. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipial və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır. Səfər zamanı dövlət başçısı da bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu, status-kvonun bir daha qəbuledilməzliyini söylədi və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində, gücündədir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
E.İbrahimov həmçinin qeyd edib ki, dövlət başçısının Fransaya səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit, şərait var. Azərbaycan, eyni zamanda, Avropaya öz sərmayəsini yatırır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur. Bütövlükdə, cənab Prezidentin Fransaya səfəri səmərəli və faydalı oldu”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12

