Türkiyə-Azərbaycan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
23.06.2009 [11:32]
İyunun 22-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Türkiyənin Ege Universitetinin professoru, Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru Fikrət Türkmənlə görüşüb. Türkiyə-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını deyən Əli Əhmədov bu münasibətlərin daim inkişaf etdiyini vurğulayıb. O, bildirib ki, əlaqələr tarixi köklərə malikdir. ümummilli lider Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamını xatırladan YAP-ın Sədr müavini qeyd edib ki, ümumiyyətlə, Heydər Əliyevin türk dünyasının əlaqələrinin genişləndirilməsində misilsiz xidmətləri var. “Bu gün Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın inkişaf strategiyasının əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ sovetlər dönəmində, 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələrkən respublikamız ittifaq respublikaları arasında geridə qalırdı. Amma Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qısa müddət ərzində Azərbaycan sürətlə inkişaf etməyə başladı və 15 respublika arasında ön sıralara çıxdı” - deyən Əli Əhmədovun sözlərinə görə, müstəqillik qazandıqdan sonra da Azərbaycan məhz Ulu öndərimizin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. O, vurğulayıb ki, ölkəmiz bu gün dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir.
Türkiyənin elm adamının “Yeni Azərbaycan” qəzeti ilə də əməkdaşlıq etdiyini deyən Əli Əhmədov Fikrət Türkmənin Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə qəzetin elan etdiyi məqalə müsabiqəsində ikinci yer qazandığını bildirib.
Ulu öndər Heydər Əliyev haqqında xatirələrini danışan Fikrət Türkmən qeyd edib ki, Heydər Əliyev dünyanın ən böyük siyasətçilərindən biri kimi tarixə imzasını atıb. O, bildirib ki, Heydər Əliyev, eyni zamanda, türk dünyasının böyük oğludur. Azərbaycana hələ 1984-cü ildən səfər etdiyini deyən Fikrət Türkmən ölkəmizin inkişafından məmnun olduğunu vurğulayıb. Türkiyə-Azərbaycan əlaqələrinə toxunan qonaq qeyd edib ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir və heç bir qüvvə bu münasibətlərə mane ola bilməz.
Sonda YAP-ın Sədr müavini Əli Əhmədov Fikrət Türkməni müsabiqədə uğur qazanması münasibətilə təbrik edərək ona diplom və pul mükafatını təqdim edib. Əli Əhmədov, eyni zamanda, qonağa “Heydər Əliyev” döş nişanını və Ulu öndərimiz haqqında kitab bağışlayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19

