YAP bələdiyyə seçkilərinə hazırlıqla bağlı Qəbələdə zona müşavirəsi keçirib
23.06.2009 [11:30]
“Qafqaz” otelinin konfrans zalında keçirilən toplantıda YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Fəttah Heydərov və Eyvaz Qurbanov iştirak ediblər.
Tədbirdə YAP-ın Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının sədrləri çıxış edərək, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən ətraflı danışıblar. Müşavirədə çıxış edən MM-in deputatları Fəttah Heydərov və Eyvaz Qurbanov qeyd ediblər ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi böyük nəticələr verməkdədir. Bildirilib ki, artıq hər bir Azərbaycan vətəndaşı bu siyasətin bəhrəsini görür və hiss edir, vətəndaşlarımız dövlətin möhkəmlənməsində YAP-ın rolunu yüksək qiymətləndirirlər.
Müşavirədə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qarşıda duran vəzifələrdən danışıb. Siyavuş Novruzov qeyd edib ki, bu il keçiriləcək bələdiyyə seçkilərində bir sıra yeniliklər və təkmilləşmələr var.
“Biz ilk növbədə partiyamızı təmsil edəcək layiqli namizədləri müəyyən etməliyik. Sənədləşdirmə prosesi başa çatandan sonra təbliğat-təşviqat işlərinə start veriləcək. Şəhər və rayon təşkilatları bu işlərə məsuliyyətlə yanaşmalı, əvvəlki seçkilərdə əldə olunan təcrübədən istifadə edilməlidir” - deyən Siyavuş Novruzov bununla bağlı rayon təşkilatlarının sədrlərinə tövsiyələrini verib.
YAP İcra katibinin müavini onu da bildirib ki, bələdiyyələrin birləşməsi ilə əlaqədar artıq onların sayı müəyyən qədər azalaraq 2000-dən 1700-ə çatdırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

