/ / Siyavuş Novruzov: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır
Siyavuş Novruzov: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır
22.02.2017 [10:03]
“Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi gözlənilən idi. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək. Onun işinə hər kəs bələddir. Bu, Azərbaycanın bir uğurudur”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Mehriban Əliyeva dünyada kifayət qədər tanınmış ictimai-siyasi xadimdir: “Mehriban Əliyeva Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünyada təmsil edib, Azərbaycanın haqq işini bütün dünya ictimaiyyətinə çatdırıb. Mehriban xanım ayrı-ayrı dövlət başçıları, din xadimləri ilə görüşlərdə, müxtəlif beynəlxalq konfranslarda çıxışlarında Azərbaycan həqiqətlərini söyləyib. Mehriban Əliyevanın təşəbbüsü ilə indiyə qədər 4 amnistiya aktı qəbul olunub. Bu da 40 mindən artıq şəxsə şamil olunub. Azərbaycanda keçirilən ən mötəbər tədbirlərə Təşkilat Komitəsinin sədri kimi rəhbərlik edib. Bu tədbirlər çox böyük uğurla keçirilib. Bir il müddətində Bakı Olimpiya Stadionunun tikilməsi və “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi böyük işdir. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində də Mehriban Əliyevanın rolu böyük olub. IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban xanıma həvalə edilib. Onun dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında çox böyük səyi olub. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Fond məktəblər, uşaq bağçaları, xəstəxanalar tikib, mədəniyyət abidələrini təmir edib.
Mehriban Əliyevanın dövlət idarəçiliyində xüsusi rolu var. Mehriban xanım ona müraciət edən insanları heç vaxt diqqətdən kənarda qoymayıb. O, Prezident İlham Əliyevlə birgə cəbhə bölgəsində əsgərlərimizi ziyarət edib, evləri dağılan vətəndaşlara baş çəkib.
Bilirsiniz ki, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası uğurla davam etdirilir. Mehriban xanım Roma Katolik Kilsəsi, Vatikanla əlaqələrin qurulmasında xeyli iş görüb, ermənilərin Azərbaycanın mədəniyyət abidələrini dağıtması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Bütün bunlar göstərir ki, bir insan necə böyük işlər görüb”.
S.Novruzov vurğulayıb ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bu işlər daha geniş formada və daha yüksək keyfiyyətlə görüləcək: “Mehriban xanımın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi yerində və zamanında atılmış bir addımdır”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

