ZAUM Maarifçilik İctimai Birliyi Binəqədi rayonunda ictimai forum təşkil edib
20.06.2009 [11:28]
Dünən YAP Binəqədi rayon təşkilatının qərargahında ictimai forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Zəngin Azərbaycan Uğrunda Mübarizə” Maarifçilik İctimai Birliyinin (ZAUM) və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və QHT-lərin birgə əməkdaşlığı formalarının müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən beynəlxalq təlimçi Sevda Məmmədli forumun keçirilməsinin məqsədindən və funksiyalarından danışıb: “İnkişaf etmiş ölkələrin çoxunda ictimai xidmətin həyata keçirilməsində, eləcə də, yerli problemlərin həllində QHT-lərin xidmətindən və kadr ehtiyatlarından geniş istifadə edilir, hər iki tərəf işin bütün mərhələlərində iştirak imkanına malik olur”.
Fikirlərini tədbir iştirakçıları ilə bölüşən ZAUM-un rəhbəri İradə Əliyeva söyləyib ki, 1992-ci ildə “İctimai-birliklər haqqında”, 2000-ci ildə isə “İctimai birliklər və fondlar haqqında” qanunların qəbulundan sonra ölkəmizdə QHT-lərin fəaliyyəti genişlənib: “İldən-ilə belə qurumların sayı artır. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Fərmanla Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması bu sahənin inkişafına böyük təkan verdi”.
Onun sözlərinə görə, “QHT-dövlət əməkdaşlığının rayon icra strukturları səviyyəsində təkmilləşdirilməsinin təşkili” layihəsinin əsas məqsədi QHT-dövlət-vətəndaş əlaqələrini möhkəmləndirmək, QHT-lərlə bağlı mövcud olan mənfi stereotipləri dağıtmaqdır.
Layihənin rəhbəri İradə Əliyevanın sözlərinə görə, onlar bundan sonra Bakının daha 4 rayonunda - Nizami, Sabunçu, Nəsimi, Əzizbəyov rayonlarında da müzakirələr təşkil edəcəklər. Sonrakı mərhələdə layihənin regionlarda da həyata keçirilməsi gözlənilir.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının I müavini Eldar Ağayev söyləyib ki, ölkədə yaradılmış plüralist şərait nəticəsində 3000-dən artıq QHT fəaliyyət göstərir. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması bu sahənin daha da təkmilləşməsinə gətirib çıxarıb: “Binəqədi rayonunda da bir sıra QHT-lər, ictimai birliklər fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti isə bu təşkilatların normal fəaliyyət göstərməsi üçün şərait yaradır”.
YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov isə QHT nümayəndələri ilə müntəzəm olaraq görüşlərin keçirildiyini və onlara işlərinin təşkilində böyük köməkliklərin göstərildiyini söyləyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsul işçisi Vüsal Quliyev QHT-lərə olan yüksək dövlət qayğısından danışıb: “Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin düzgün istiqamətdə qurulması vətəndaş cəmiyyətinin formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan da dövlət bu sahəyə xüsusi diqqət ayırır”.
Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Natiq Əliyev isə söyləyib ki, 2007-ci ilin dekabr ayının 12-də Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərman bu sahəyə böyük canlanma gətirib. O, rayonda fəaliyyət göstərən QHT-lər, ictimai birliklər barədə geniş məlumat verib.
Sonra ictimai forumda geniş müzakirələr aparılıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

