/ / Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin tikintisi ilə bağlı müzakirələr aparılıb
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin tikintisi ilə bağlı müzakirələr aparılıb
14.02.2017 [09:43]
Fevralın 11-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasını aparacaq tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Bu gün regionda dünya üçün terror mənbəyi olan, qonşu ölkələrə ərazi iddiası ilə sərsəm ideologiya daşıyıcısına çevrilən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qəbul edilən qərar və qətnamələri yerinə yetirməkdən boyun qaçıran, bununla da bir dövlət kimi süqutunu gündən-günə yaxınlaşdıran Ermənistan, nəhayət, iyirmi iki illik atəşkəsdən sonra öz layiqli cavabını aldı. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu əməliyyat zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.
Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamının, Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanmasının və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyasının bütün beynəlxalq aləmə səs saldığını, Ermənistanda böyük çaxnaşmaya səbəb olduğunu deyən Əli Həsənov bildirib ki, bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, uğurlu xarici siyasətinin nəticəsidir və Onun bütün dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunun göstəricisidir.
Baş nazirin müavini, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti və nüfuzu qarşısında beynəlxalq siyasi arenada da təklənmiş duruma düşən işğalçı Ermənistanın cinayətkar başçısı ölkəsindəki kütləvi etirazların qarşısını almağa və təkləndiyini ört-basdır etməyə çalışır.
Müşavirədə bildirilib ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən birinci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək. Ərazidə bundan əlavə yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.
Azərbaycan Prezidentinin Sərəncamının böyük əhəmiyyət kəsb etdiyini və belə bir qəsəbənin tikintisində iştirak etməyin qürurverici olduğunu deyən tikinti şirkətlərinin rəhbərləri qəsəbədə istər yaşayış evlərinin, istərsə də məktəb binasının, kommunikasiya xətlərinin və digər texniki infrastrukturların inşasında işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.
Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56

