Vitse-spiker ATƏT PA-nın qış sessiyasının gündəliyini açıqladı
11.02.2017 [10:47]
ATƏT Parlament Assambleyasının (PA) builki qış sessiyasının gündəliyi açıqlanıb.
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Trend-ə deyib ki, Avstriyanın paytaxtı Vyana şəhərində fevralın 23-24-də keçiriləcək qış sessiyasında ATƏT PA-nın komitələrinin iclasları, plenar iclaslar, eyni zamanda qurumun Daimi Komitəsinin iclası keçiriləcək.
B.Muradova qeyd edib ki, bu iclaslarda ATƏT rəsmilərinin çıxışlarının olacağı, hesabatlarının təqdim ediləcəyi və bu hesabatlar əsasında diskussiyaların keçiriləcəyi gözlənilir. Eyni zamanda, hazırkı vəziyyət nəzərə alındığından “Böhran şəraitində insan hüquqları” mövzusu həm plenar sessiyanın, həm də Siyasi və İnsan Hüquqları Komitəsinin gündəliyinə xüsusi müzakirə mövzusu kimi daxil edilib. İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi Komitənin iclasında isə təbii ehtiyatların idarə olunması, su təhlükəsizliyi və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsi üzrə xüsusi müzakirənin keçirilməsi nəzərdə tutulur.
B.Muradova qeyd edib ki, sessiyada ATƏT PA-nın yay sessiyasına hazırlıq məsələləri müzakirə ediləcək, yay sessiyasına təqdim olunan məruzələrlə bağlı diskussiyalar aparılacaq: “Azərbaycanın imkanı var ki, həm bu məruzələr, həm də Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı öz mövqeyini açıqlasın, bu məsələləri müzakirə olunan məsələlərlə bağlayaraq, təşkilat üzvü olan ölkələrin nümayəndələrini ATƏT-in öhdəliklərini yerinə yetirməyə dəstək verməyə çağırsın. Azərbaycan ATƏT PA-da bütün məsələlərin müzakirəsi zamanı yaranan imkanlardan istifadə edərək özünün marağında olan, həll etmək istədiyi məsələləri gündəmə gətirir”.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

