Ziyafət Əsgərov: Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquqa əsaslanır
10.02.2017 [10:18]
Bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın qanunlarını pozaraq işğal altında olan ərazilərə səfər edib, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı fikirlərini bölüşən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Bildirib ki, A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Yəni, Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Söhbət tam hüquqi müstəvidə ikitərkibli cinayət törətmiş bir şəxsin cinayət məsuliyyətinə cəlb olunmasından gedir. “Birincisi, Avropa Şurasının “Ekstradisiya” haqqında 1957-ci il 13 dekabr tarixində Parisdə qəbul olunmuş Konvensiyası var. Azərbaycan bu konvensiyanın üzvüdür. Bu konvensiyanın 6-cı maddəsinə görə də Azərbaycanın həm öhdəlikləri, həm də hüququ var ki, onun ərazisində cinayət törətmiş şəxsi harada olmasından asılı olmayaraq tələb etsin. İkincisi, Müstəqil Dövlətlər Birliyinin 1993-cü ildə imzalanmış “Mülki ailə və cinayət işləri üzrə münasibətlər haqqında” Konvensiyasına görə, dövlətlər Müstəqil Dövlətlər Birliyinin hər hansı birinin ərazisində cinayət törətmiş şəxsin digər dövlətə ekstradisiyası haqqında üzərlərinə öhdəlik götürürlər. 2002-ci ildə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Kişinyov Konvensiyasında da dövlətlər eyni öhdəliyi üzərlərinə götürürlər. Eyni zamanda, Azərbaycan Respublikasının milli qanunvericiliyi var. 2001-ci ildə biz “Ekstradisiya haqqında” qanun qəbul etmişik. Bu qədər hüquqi sənədlər var. Azərbaycan bu sənədlərə əsaslanaraq Belarus Respublikasının mühafizə orqanlarına müraciət edib. Onlar da beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edərək Azərbaycanın bu müraciətini yerinə yetiriblər. Bu məsələnin kökü, mahiyyəti beynəlxalq hüquqa əsaslanır”, - deyə Ziyafət Əsgərov vurğulayıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən güclü dövlətdir. A.Lapşinin ekstradisiyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin və diplomatiyamızın parlaq uğurudur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

