Lapşinin ekstradisiyası Ermənistana və işğalçı siyasəti dəstəkləyənlərə aşkar mesaj oldu
10.02.2017 [10:15]
Dünya ictimaiyyəti bir daha ölkəmizin öz ərazi bütövlüyünün təmin olunması məsələsində heç bir güzəştə getməyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində və separatizmə qarşı mübarizə çərçivəsində bir addım belə geri çəkilməyəcəyini gördü
Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən blogger Aleksandr Lapşin fevralın 7-də ölkəmizə ekstradisiya olunub. Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edib, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarla çıxış edib. A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəklədiyini bəyan edib. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində ölkəmizin milli maraqları növbəti dəfə qorundu
Şübhəsiz ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü - suverenliyini hədəf alan açıq çağırışlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiya olunması, hər şeydən əvvəl, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin, siyasi iradəsinin nəticəsidir. Prezident İlham Əliyev bu zamana qədər Azərbaycanın milli dövlət maraqlarının qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində prinsipial mövqe sərgiləyib və ölkəmizin milli mənafeyi hər zaman yüksək səviyyədə qorunub. Məhz Azərbaycanın milli mənafeyinə qarşı çıxan - milli qanunvericiliyimizə və beynəlxalq hüquq normalarına zidd hərəkət edərək ərazi bütövlüyümüzü hədəf alan bəyanat və çağırışlarla çıxış edən bəhs olunan bloggerin Bakıya ekstradisiyası bu baxımdan mühüm örnək kimi qeyd edilməlidir.
Azərbaycan-Belarus münasibətlərinin milli maraqlara hörmət və dostluq prinsiplərinə söykəndiyini göstərən növbəti fakt...
Bununla yanaşı, Lapşinin ölkəmizə təhvil verilməsi həm də Azərbaycan-Belarus münasibətlərinin milli maraqlara hörmət və dostluq prinsiplərinə söykəndiyini göstərdi. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə alaraq iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun obyektiv qərar qəbul etdi, bir sıra beynəlxalq təsirlərə baxmayaraq, konkret siyasi iradə nümayiş etdirmiş oldu. Bu həm də Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürüdür.
Dünyada heç bir ölkə Ermənistan hakimiyyətinin qondarma “DQR”i legitimləşdirmək cəhdlərinə dəstək vermir
Bunlarla yanaşı, Azərbaycan Lapşin kimi separatizmi təbliğ edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar səsləndirən şəxsin ekstradisiyasına nail olmaqla həm də Ermənistanın, erməni lobbisinin cəhdlərini fiaskoya uğratdı. Bu hal, eyni zamanda, Azərbaycan torpaqlarının işğalı nəticəsində yaradılmış qondarma “DQR”in təbliğatını aparanlara da ciddi mesaj oldu. Onlar bir daha dərk etdilər ki, dünyada heç bir ölkə Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma “DQR”i qəbul etdirmək cəhdlərinə dəstək vermir. Digər tərəfdən, dünya bir daha Azərbaycanın prinsipial məsələlərdə qətiyyətli mövqeyinin nəticəsini gördü və ölkəmizin istər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, istərsə də separatizmə qarşı mübarizə çərçivəsində bir addım belə geri çəkilmək niyyətində olmadığını müşahidə etdi.
Azərbaycan, həmçinin beynəlxalq hüquq normaları və milli qanunvericilik çərçivəsində hərəkət edərək Lapşinin ekstradisiya edilməsinə nail olmaqla yeni hüquqi presedentin əsasını qoydu. Öz ərazi bütövlüyünü təmin etmək istiqamətində qətiyyətli mövqe sərgiləyən dövlətimiz bundan sonra da bu cür halların ortaya çıxacağı təqdirdə, eyni prinsipiallıqla çıxış edəcəyini bəyan etmiş oldu...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

