“Natamam elmi işçi və uğursuz siyasətçi İsa Qəmbər müasir gəncliyə hansı nümunə göstərə bilər?”
03.02.2017 [09:53]
Gənclər Müsavat Partiyasının qızışdırıcı siyasətinə və partiyanın keçmiş başqanı İsa Qəmbərin təxribatçı fikirlərinə etiraz olaraq aksiya keçiriblər
Dünən bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin dekabrın 31-də etdiyi çıxışa, eləcə də Müsavat Partiyasının rəhbərliyinin apardığı qızışdırıcı siyasətə etirazlarını bildiriblər. Trend-in məlumatına görə, aksiyada “Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?”, “İdarəçiliyinizi gördük, daha hərc-mərclik istəmirik!”, “Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!”, “Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!”, “İsa Qəmbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq”, “Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir”, “Hakimiyyətdə olduğu dövrdə 7 nəfəri güllələtdirən satqın!”, “Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!”, “Milli satqın!”, “Çıx, Azərbaycan gəncliyinə cavab ver!”, “Məhəmməd Əmin Rəsulzadə barədə danışmağa haqqın yoxdur!” kimi şüarlar səsləndirilib.
Etiraz edən gənclərdən Orxan Daşdəmir deyib ki, gənclər İsa Qəmbərdən hesabat verməyi tələb edirlər: “Biz bura gəlmişik ki, İsa Qəmbər bizim qarşımıza çıxsın və səsləndirdiyi fikirlərin hər birinin hesabatını versin. Ancaq o özü gizlənib, qarşımıza yaşlı insanları çıxarıb. İsa Qəmbər 1990-cı il hadisələrində də gizlənmişdi, 20 Yanvarda ölkəmiz şəhidlər verəndə İsa Qəmbər qaçıb öz dostunun evində gizlənmişdi. İndi çıxıb qarşımıza qanunsuz hərəkətlərinin hesabatını versin”.
Etiraz aksiyasının digər iştirakçısı Elməddin Əmirov da bildirib ki, İsa Qəmbər siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqına xəyanət edib: “Onun xəyanətləri nəticəsində bu gün Azərbaycan xalqı əziyyət çəkir, bizim 20 faizdən çox torpaqlarımız işğal altındadır. İsa Qəmbər bu gün də ermənipərəst qüvvələrlə görüşür və Azərbaycanın əleyhinə olan qüvvələrə dəstək verir. Ona görə də gənclər bu gün etiraz aksiyası keçirir”.
Digər etirazçı Nərminə Yunusova isə deyib ki, müasir və müstəqil Azərbaycanın azadfikirli gənclərinin etiraz aksiyasının səbəbi İsa Qəmbərin səsləndirdiyi fikirlərdir: “Məhz İsa Qəmbərin çətinliklərlə üz-üzə qoyduğu, daxilində qardaş qırğını yaratdığı Azərbaycan xalqını ən ağır günlərdən Ulu öndər Heydər Əliyev qurtardı. Bunu hər bir Azərbaycan vətəndaşı qəbul edir. İsa Qəmbər sanır ki, Azərbaycan xalqının yaddaşı silinib. İsa Qəmbər Azərbaycan xalqının başına gətirdiyi oyunları unudub, indi də çıxıb Məhəmməd Əmin Rəsulzadənin adından istifadə edərək özünü təmizə çıxarmağa çalışır. Biz gənclər də buna etiraz olaraq buraya yığışmışıq”.
Etirazçı gənclər İsa Qəmbərin ermənilərlə əməkdaşlıq etdiyini, xalqımızın və dövlətimizin milli maraqlarını satdığını bildiriblər. Aksiyada o da qeyd olunub ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsidir. Bu inkişafın qarşısını almaq istəyənlər isə Azərbaycan xalqına qarşı olan qüvvələrdir. Gənclər bildiriblər ki, dövlətimizin suverenliyinə kölgə salmağa çalışan İsa Qəmbər və onun kimilər Azərbaycan xalqının iradəsinə qarşı çıxırlar. Azərbaycan gəncliyi isə bu yarıtmaz siyasətçilərə “yox” deyir.
Qeyd edək ki, aksiya zamanı gənclərə hücum da olub. SİA-nın məlumatına görə, “Müsavat”ın qərargahında olan Pənah Hüseyn aksiyaçıların qarşısına çıxaraq gəncləri təhqir edib. Həmçinin Elman Həsənov adlı “müsavatçı” gənclərin üstünə hücum çəkərək Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirib. Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə qərargahın balkonuna çıxaraq aksiya iştirakçılarının ünvanına təhqirlər səsləndirib.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

