/ / "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin iclası keçirilib
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin iclası keçirilib
13.06.2009 [08:31]
İdarə heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılıb, onların daxil olduğu Elm, təhsil və mədəniyyət, İcmadaxili məsələlər, Beynəlxalq əlaqələr, İnformasiya və ictimaiyyətlə əlaqələr, Hüquqi təminat və insan hüquqları bölmələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, əlaqələndirmə şurasının strukturu təsdiq edilib. Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, akademik Cəlal Allahverdiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatları Elman Məmmədov, Havva Məmmədova və başqaları çıxış edib, İdarə Heyətinin fəaliyyəti barədə rəy və təkliflərini bildiriblər. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edib.
Qurultayı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində atılan vacib addım adlandıran akademik Ramiz Mehdiyev deyib ki, icmanın yenidən formalaşması böyük əhəmiyyət kəsb edir. İcmanın qurultayında görkəmli, təkcə Qarabağda yox, həm də bütün Azərbaycanda yaxşı tanınan, sayılan nüfuzlu şəxslər iştirak edirdilər. Bu şəxslərin qüvvəsindən, sözünün sanbalından səmərəli istifadə olunmalıdır. İdarə Heyəti iki istiqamətdə fəaliyyət göstərməlidir: həm ölkə daxilində iş aparmalı, həm də beynəlxalq qurumlarla, onların nümayəndələri ilə əlaqələri genişləndirməlidir.
Akademik R.Mehdiyev vurğulayıb ki, icmanın fəaliyyəti canlandırılmalı, Qarabağ əhalisi arasında maarifləndirmə işlərinin səviyyəsi yüksəldilməlidir. Əlbəttə, bu sahədə icmanın saytı, mətbu orqanı xüsusi rol oynayacaq, onların vasitəsilə Azərbaycanın mövqeyi dünyaya çatdırılacaq. Tərtib olunmuş tədbirlər planı vaxt itirmədən həyata keçirilməlidir. Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti məqsədyönlü xarakter almalıdır.
R.Mehdiyev beynəlxalq görüşlərin vacibliyini diqqətə çatdırıb, ermənilərin Azərbaycan, azərbaycanlılar barədə yaratdıqları təsəvvürü bu görüşlərin köməyi ilə dağıtmağı tövsiyə edib. Prezident Administrasiyasının rəhbəri əmin olduğunu bildirib ki, İdarə Heyəti qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirəcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək İdarə Heyətinin fəaliyyətinin səmərəsinı artırmaq barədə tövsiyələrini veriblər.
Məlumat verilib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi üçün inzibati bina ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

