Komitə sədri Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə görüşüb
11.01.2017 [10:08]
Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Rumıniyanın ölkəmizdəki səfiri Dan İankunu qəbul edib. Görüş zamanı Mübariz Qurbanlı iki ölkə arasında tarixi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.
“Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən danışan Mübariz Qurbanlı Azərbaycanın ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu, burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmaların fəaliyyətinin və dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cəmiyyətimizdə daha da inkişaf edən multikultural və tolerantlıq ənənələri dünyada örnəyə çevrilib. Hazırda ölkə ərazisində məscidlərlə yanaşı, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Komitə sədri bildirib ki, Azərbaycan bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Eyni zamanda, İslam ölkələri arasıda qarşılıqlı əlaqələrin genişlənməsi üçün ölkəmiz mühüm addımlar atır və təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan edib.
Səfir Dan İanku ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu deyib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib. Diplomat dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsasının qoyulduğunu xüsusilə vurğulayıb.
Görüş zamanı Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək erməni vandalizmi nəticəsində yüzlərlə tarixi-dini abidənin məhv edildiyini səfirin diqqətinə çatdırıb və Komitə tərəfindən nəşr olunmuş kitabları səfirə hədiyyə edib.
Səmimi şəraitdə keçən görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

