Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrakli Kobaxidze: Azərbaycan bizim strateji tərəfdaşımızdır

İrakli Kobaxidze: Azərbaycan bizim strateji tərəfdaşımızdır

22.12.2016 [10:15]

“Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz dövlətlərimiz, xalqlarımız və parlamentlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirməyə, möhkəmləndirməyə çalışacağıq”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib.
İrakli Kobaxidze deyib: “Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var. Bizim dövlətlərimiz arasındakı münasibətlər də çox yüksək səviyyədədir. Yeni seçilmiş parlament bu əlaqələri daha da genişləndirmək üçün səylərini artıracaq”.
Parlamentin sədri hər iki ölkənin deputatlarının beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq etdiklərini xüsusi vurğulayıb. Bildirib ki, Gürcüstan tərəfi parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır.
İrakli Kobaxidze gələn il Azərbaycana səfər etməyi planlaşdırdığını və artıq bu istiqamətdə işlərin görüldüyünü diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31