“Lead Pakistan” qəzetində Azərbaycanla bağlı növbəti məqalələr dərc edilib
01.12.2016 [09:56]
“Lead Pakistan” qəzetində “Azərbaycan-Pakistan münasibətləri: Təsir edən tərəfdaşlar” və “Füsunkar Azərbaycan” adlı məqalələr dərc olunub.
Birinci məqalədə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfəri və keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşdiyi bildirilir.
Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Nəvaz Şəriflə görüşündə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birini daim dəstəklədiklərini vurğulayıb.
Məqalədə Azərbaycanda elektron viza sisteminə keçildikdən sonra qarşılıqlı gediş-gəlişin asanlaşacağı qeyd olunur və görüşdə müzakirə olunan digər məsələlər barədə də ətraflı məlumat verilir.
Baş nazir Məhəmməd Nəvaz Şərifin Kəşmir və Dağlıq Qarabağ məsələlərində iki ölkənin bir-birinə olan qarşılıqlı dəstəyinin davam edəcəyinə əminlik ifadə etdiyi vurğulanır.
“Füsunkar Azərbaycan” sərlövhəli məqalədə isə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər haqqında söhbət açılır. Bildirilir ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkədə separatçı hərəkatların və vətəndaş müharibəsinin qarşısı alınıb, “Əsrin müqaviləsi” imzalanıb və irəliyə doğru böyük bir addım atılıb.
Həmçinin məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin böyük sosial-iqtisadi inkişaf yolu keçdiyi, geosiyasi sabitliyə nail olduğu və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyi qeyd edilir. Vurğulanır ki, Azərbaycanın inkişafı və nailiyyətləri müsəlman ölkələri üçün qürur mənbəyidir. Prezident İlham Əliyev ölkənin enerji ehtiyatlarından, o cümlədən insan resurslarından səmərəli istifadə edib, uğurlu daxili və xarici siyasət yürüdərək iqtisadi sabitliyi qoruyub saxlamağa nail olub.
Yazıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin getdiyi də diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

