Belarus Prezidenti Heydər Əliyev Mərkəzində olub
30.11.2016 [09:29]
Noyabrın 29-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Belarus dövlətinin başçısına Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Bu baxımdan, Mərkəzin həyata keçirdiyi layihələr, burada təşkil edilən mühüm beynəlxalq tədbirlər barədə məlumat verilib.
Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olan Aleksandr Lukaşenkoya məlumat verilib ki, Muzey təşkil olunarkən Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyətə malikdir.
Belarus Prezidenti Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə, Heydər Əliyevin digər dövlət başçıları, o cümlədən Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə dair materialların yer aldığı “Beynəlxalq əlaqələr” bölməsinə baxıb.
Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixi, mədəni irsinə dair eksponatlar nümayiş olunur.
Belarus Prezidenti “Mini Azərbaycan” sərgisi ilə tanış olarkən qeyd edilib ki, bu ekspozisiyada Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur. Sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.
Sonra Belarus dövlətinin başçısı Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə tanış olub. Diqqətə çatdırılıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Belarus Prezidentinə, həmçinin Mərkəzin binası barədə məlumat verilib. Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzinin xatirə kitabında ürək sözlərini yazıb.
Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

